Mətanətin atası qızların intihar etmədiyini deyir - VİDEO

10-03-2021, 18:47           
Mətanətin atası qızların intihar etmədiyini deyir - VİDEO
Dünən Bakıda intihar etdiyi deyilən iki şagirddən biri– Mətanət Quliyevanın atası Elşən Quliyev açıqlama verib.

Pravda.az xəbər verir ki, E.Quliyevin sözlərinə görə, qızı və onun rəfiqəsi Əfruz binanın damına şəkil çəkdirmək üçün çıxıblar: “3 övladım var, Mətanət sonbeşikdir. Uşaqlar mehriban olublar, intihar etməyiblər. Qəsəbənin görünütüsünü çəkmək üçün hündürlüyə çıxıblar. Biri sürüşüb yıxılanda o biri də onu tutmaq istəyib və o da yıxılıb”.

E.Quliyev qeyd edib ki, qızların intihar etməsi ilə bağlı hazırda hər hansı sübut tapılmayıb: “İndi ehtimal budur ki, selfi çəkmək istəyərkən bu hadisə baş verib”.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini atıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.