"Çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar vaksin üçün Azərbaycana yollanıblar”

24-03-2021, 21:28           
"Çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar vaksin üçün Azərbaycana yollanıblar”
“Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.

Bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o ənənəvi üsullarla hazırlanıb”.

T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru