Bakı rəsmən MQ-dən imtina etməlidir – Sabiq nazir

12-07-2021, 08:08           
Bakı rəsmən MQ-dən imtina etməlidir –
ATƏT-in Minsk Qrupunun həmsədrləri o mövqedədilər ki, münaqişə hələ də həll olunmayıb, indi stabilləşmə prosesi gedir və ondan sonra guya ki, hansısa statusa aid danışıqlar bərpa oluna bilər. Bu mövqe erməni mövqeyi ilə üst-üstə düşür.

Axar.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.

Politoloq qeyd edib ki, onlara rəsmi dövlət səviyyəsində cavab da verilib ki, münaqişə bitib:

“Hansısa siyasi maraqların və ya erməni təsirində olan qüvvələrin bizə öz istəklərini nümayiş etdirməyə nə qədər hüququ var? Vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycan rəsmi olaraq Minsk Qrupundan imtina etməlidir. Ölkə olaraq onlara yetərincə siqnal göndərmişik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru