Delta ştammına yoluxanlarda hansı əlamətlər olur? - VİDEO

16-07-2021, 11:45           
Delta ştammına yoluxanlarda hansı əlamətlər olur? - VİDEO
“Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, “Delta” ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronavirusa yoluxubsa, onların hamısında “Delta” ştammının olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştamm ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində “Delta” ştammıdır. Bu ştamma qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də olur və xəstəliyin özünü büruzə vermək müddəti iki dəfə qısalıb. Əgər adi koronavirusa yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və yeddi dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sual altındadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru