"İnsan ilkin olaraq bilmir ki, qrip olub, yoxsa koronavirusa yoluxub" - Həkim gecikmələrdən danışdı

18-11-2021, 07:59           
"İnsan ilkin olaraq bilmir ki, qrip olub, yoxsa koronavirusa yoluxub" -
“Bir çox respirator xəstəliklərlə koronavirus infeksiyasının başlanğıc əlamətləri üst-üstə düşür”

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial şəbəkə hesabındakı canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, xəstəliyin ilkin əlamətləri burun tutulması, burun axması, boğaz ağrısı, baş ağrısı, qızdırmadır:

“Ona görə də insan ilkin olaraq bilmir ki, qrip olub, yoxsa koronavirusa yoluxub. Belə olan hallarda tövsiyəmiz odur ki, özlərini izolyasiya etsinlər. Daha sonra ərazi üzrə ailə sağlamlıq mərkəzlərinə müraciət edib, vəziyyəti dəqiqləşdirsinlər.

İlkin əlamətlərlə bu cür vəziyyətdə konkret söz demək mümkün deyil. Xəstənin taleyi ilkin mərhələdə qərar verilməsindən asılıdır. Proses qısa zamanda ağciyərə keçə və ağırlaşa bilər. Bəzən evdə müalicə alan xəstələr həkimə gec müraciət edir və ağırlaşmış halda xəstəxanaya gedirlər. Yalnız zəruri həkim müayinələrindən sonra düzgün istiqamətdə müalicə almağı tövsiyə edirəm. Əks halda gecikmə səbəbindən xəstələr ağır fəsadlaşma ilə üzləşə bilərlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru