“Paşinyanın ağlında nə olduğunu və hərəkətlərini kiminlə koordinasiya etdiyini heç kim dəqiq bilə bilməz” - Trofimçuk

22-11-2021, 19:18           
“Paşinyanın ağlında nə olduğunu və hərəkətlərini kiminlə koordinasiya etdiyini heç kim dəqiq bilə bilməz” - Trofimçuk
“Erməni tərəfi əvvəlki kimi düşünür ki, atəşə Azərbaycan tərəfi başlayıb. Azərbaycan isə situasiyaya başqa cür, tam əks işıq altında baxır”. Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər, təhlükəsizlik və müdafiə sahələri üzrə rus ekspert, analitik Qriqori Trofimçuk bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın ağlında nə olduğunu və hərəkətlərini kiminlə koordinasiya etdiyini heç kim dəqiq bilə bilməz.

“Bəlkə də həll edilməmiş bu problem, hərbi sirrin faydası məhz bütün Cənubi Qafqazı tamamilə məhv etmək və sabitliyi pozmaqdır”, - deyə Trofimçuk qeyd edib.

Ekspert vurğulayıb ki, Qərb, yəni ABŞ və NATO baş verənləri sadəcə yandan izləyir.

Alpər Mövludoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.