Yaponiyalı milyarder kosmosda nə edəcək? - Ona 100 bəndlik siyahı verilib

8-12-2021, 07:14           
Yaponiyalı milyarder kosmosda nə edəcək? -
Yusaku Maedzava: “Beynəlxalq Kosmik Stansiyasına uçuşdan sonra Baykonurda ağac əkmək istəyirəm”

12 ildən sonra kosmos turistləri olan ilk ekipaj dekabrın 8-də Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək. Yaponiyalı milyarder Yusaku Maezava, onun köməkçisi Yodzo Hirano və rus kosmonavtı Aleksandr Misurkini stansiyaya gətirəcək "Soyuz MS-20" kosmik gəmisi ilə birlikdə "Soyuz-2.1a" raketi Baykonur kosmodromundan start götürəcək.

EDNews.net bildirir ki, “Space Adventures” şirkətinin “Roskosmos”la birgə təşkil etdiyi uçuşdan əvvəl Maedzava “RİA Novosti”-yə müsahibə verib. O, kosmosda hansı təcrübələr aparacağından, hazırlıq zamanı nəyin ən çətin olduğundan və həmyerlilərindən - peşəkar astronavtlardan hansı məsləhətləri aldığından danışıb.

- Kosmonavtların Hazırlıq Mərkəzində əsasən hansı bacarıqları əldə etdiniz?

- Biz üç əsas məqamı öyrəndik: skafandrları necə geyinib çıxartmağı, Beynəlxalq Kosmik Stansiyada necə hərəkət etməyi və yaşamağı, eləcə də müxtəlif mexanizmlər və strukturlar, yəni texnologiyanın işləmə xüsusiyyətlərini.

İlk növbədə, biz müxtəlif gözlənilməz halları öyrəndik. Məsələn, kosmosda yanğın, ammonyak sızması və ya məsələn, həddindən artıq qızma olduqda necə hərəkət etməyi.

- Ən çox bəyəndiniz və bəyənmədiyiniz nə oldu?

- İl-76MDK təyyarəsində parabolik uçuşlar etdiyimiz zaman çəkisizlik şəraitində etdiyimiz məşqlər çox xoşuma gəldi. Ən xoşagəlməz şey bəlkə də indi Baykonurda etdiyimiz fırlanma məşqləridir – bu, mənim üçün ən çətin təlimdir.

- Hazırlıqdan əvvəl bilmədiyiniz bəzi şeylər var idi, amma məlumatınız olsaydı, uçuşdan imtina edərdiniz?

- Xeyr, mən artıq uçacağıma qərar vermişdin, ona görə də nəyinsə məni imtina etməyə vadar edə biləcəyini təsəvvür etmirəm.

- Rus dilini öyrənməklə bağlı uğurlarınızdan danışın.

- Rus dilindən dərslərimiz çox idi. İndi mən sizin "RİA Novosti" agentliyinizin adını necə oxumağı bilirəm.

- Kosmosa uçuşun hansısa böyük bayrama, məsələn, ad gününüzə və ya Yeni ilə düşməyəcəyinə görə təəssüflənirsiniz?

- Əslində yox. Əgər demək istəyirsizsə, hədiyyələr almaq istərdim, onda deyim ki, biz hələ də BKS-də özümüzü qonaq kimi hiss edirik, ona görə də hədiyyələri biz gətirməliyik. Yaponiyada belə hesab edirlər ki, əgər kiminsə ziyarətinə gedirsənsə, bir növ narahatlıq yaradırsan və belə adətimiz var ki, qonaq gedəndə özümüzlə suvenirlər aparırıq. Stansiyadakı ekipaj üçün də suvenirlər gətirəcəyik.

- Onlar hansı suvenirlər olacaq?

- Mən Yaponiyada hazırlanmış kosmik yemək gətirəcəyəm. Yəni kosmik qidanın yapon versiyası.

- Yaponiya Aerokosmik Tədqiqatları Agentliyinin (JAXA) astronavtları belə yeməkdən istifadə edirlər?

- Bu, JAXA-nın hazırladığı yemək növü deyil, bir qədər fərqlidir. Bu yeməyi mənim yaxın dostlarımdan biri olan aşpaz hazırlayıb.

- Əvvəllər demişdiniz ki, BKS-ə musiqi aləti aparacaqsınız. Bu hansı alət olacaq və onda hansı bəstələri ifa edəcəksiniz?

- Mən ora musiqi aləti aparmayacağam.

- Bu fikirdən niyə imtina etdiniz ki?

- Mən artıq stansiyada olan bəzi alətlərdə ifa etməyi düşünürəm.

- Deməli, ifa edəcəksiniz?

- Buna stansiyaya çatandan sonar qərar verəcəm.

- Kosmosda etməli olacağınız 100 tapşırıq siyahısından nəyi daha çox səbirsizliklə gözləyirsiniz?

- Daha çox Aleksandr Misurkinlə badminton oynamaq istəyirəm.

- Eyni siyahıda stansiya komandiri ilə qol güləşi keçirəcəyinizlə bağlı bənd var. Anton Şkaplerov artıq buna razılıq verib?

- Xeyr, mən ancaq stansiyaya çatanda onunla bu məsələni müzakirə edəcəm. Planlaşdırılır ki, biz tam çəkisizlik şəraitində olacağıq və heç nədən yapışa bilməyəcəyik.

- BKS-dən Yerə havanı hansı qabda gətirəcəksiniz?

- Yəqin ki, bu, özümüzlə aparacağımız kiçik bir qab olacaq. Bu tələbi mütləq yerinə yetirilməliyik, çünki balaca bir uşağın istəyidir.

- Yəni ona hava bağışlayacaqsınız?

- Bəli, məhz belə etmək daha yaxşı olardı.

- 100 bəndin hamısını yerinə yetirməyə vaxtınızın olacağına əminsiniz?

- Hər şeyi yerinə yetirmək istərdim, bunun üçün əlimdən gələni edəcəm.

- Əlcək qutusunda boyaların qarışdırılması və rənglənməsi təcrübəsi necə keçəcək? Bunun üçün çəkisizlik lazımdırmı?

- Əslində, bunun rəsm və ya boya ilə əlaqəli başqa bir şey olacağı hələ tam aydın deyil, bunu yalnız MKS-də biləcəyik. Sonuncu dəfə stansiyada 10 il əvvəl şəkil çəkmişdilər.

- Əgər bu rəsm əsəri olacaqsa, onunla sonra nə edəcəksiz, bəlkə hərracda satasız?

- Çox güman ki, satmayacağam. Mən onu evimdə saxlamaq istərdim.

- Çəkiliş üçün kameradan və heyət üçün yeməli hədiyyələrdən başqa özünüzlə nə aparacaqsınız?

- Təbii ki, siyahıdakı 100 tapşırığı yerinə yetirmək üçün hər şey aparmaq istəyirəm. Və bunun üçün mənə bəzi şeylər lazımdır. Sonradan çəkdiklərimə baxsanız, nə apardığımı görəcəksiniz.

- Sizə lazım olan hər şey “Soyuz” gəmisinə yerləşəcək?

- Elə etmişik ki, hər şeyi ora yükləyib stansiyaya aparmaq mümkün olsun. “Roskosmos” və “Enerjı” Raket Kosmik Korporasiyası ilə kifayət qədər ciddi danışıraq nəyi aparıb-apara bilməyəcəyimizi müzakirə etmişik.

- Bu yaxınlarda Yerə qayıdan astronavt Akihiko Hoside ilə orbitdə görüşə bilməyəcəyiniz üçün təəssüflənirsiniz?

- Müəyyən dərəcədə, təbii ki, təəssüflənirəm. Ancaq Hyustonda mən hazırda stansiyada olan Crew Dragon-3-ün ekipajı ilə görüşmüşəm və onlarla artıq orbitdə yenidən görüşə bilərəm.

- Onların uçuş proqramında siz də iştirak edəcəksiniz?

- Astronavtlar Yaponiyanın Kibo modulundan televiziya yayımı edəcəklər və mən bu işdə onlara kömək edəcəyəm. Mən də onlarla birlikdə Yer səthinin orbitdən çəkilişində iştirak edəcəyəm.

- Yapon astronavtlarından kimisə şəxsən tanıyırsınız? Onlar uçuşdan əvvəl sizə nəsə öyrədiblər?

- Bu yaxınlarda BKS-ə uçmuş Soiti Noquti, qadın astronavt Naoko Yamazaki və uzun müddət stansiyada olan Koiti Vakata ilə görüşdüm. Hamısından məsləhət və tövsiyələr aldım. Hamısı deyirdi ki, çəkisizlik şəraitində başgicəllənmə olur və bundan qaçmaq qeyri-mümkündür. Astronavtların hər biri nə etmək lazım olduğunu və bununla necə mübarizə aparacağımızı söylədi.

- Doğrudanmı siz Baykonurda Qaqarin ənənəsinə uyğun olaraq ağac əkə bilmədiniz?

- Bəli, indi hava soyuq olduğundan və yer donduğundan ağac əkə bilmədik, amma ümid edirik ki, ya bura yenidən qayıdarıq, ya da kimdənsə xahiş edərik ki, bizim əvəzimizə əksin. Amma ağacın orada əkilməsini çox istəyirəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.