"Saleh Rüstəmovla dünən axşama yaxın görüşdüm" - AÇIQLAMA

8-12-2021, 18:16           
"Saleh Rüstəmovla dünən axşama yaxın görüşdüm" - AÇIQLAMA
“Saleh Rüstəmovla dünən axşama yaxın görüşdüm. Vəziyyətini qənaətbəxş saymaq olar”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, hazırki vəziyyətdə həyati riski olmasa da, aclığı dayandırmalıdır:

“Saleh bəyi gözlədiyimdən daha yaxşı gördüm. Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşdük. Öz ayağı ilə görüş otağına gəldi. Müəssisədəki xidmətdən razı olduğunu bildirdi. Hazırda həyatı üçün hər hansı risk yoxdur. Çəkisində qismən azalma var. Yemək yemir, amma su qəbul edir. Həkim kimi xahiş etdim ki, aclığı dayandırsın”.

Qeyd edək ki, qanunsuz həbs olunduğunu iddia edən Saleh Rüstəmov bir müddətdir ki, aclıq elan edib. Hazırda Penitensiar Xidmətin Müalicə müəssisəində kompleks müalicə alır.

O, I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddət əvvəl Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gəldikdən sonra həbs edilib. O, narkotik maddələri saxlamaqda ittiham olunub. Sonradan cinayət işinə S. Rüstəmlinin qanunsuz sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları da əlavə olunub.

Xatırladaq ki, dünən deputat Vahid Əhmədov Prezident İlham Əliyevə S. Rüstəmovun azadlığa buraxılması üçün müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.