"Əşya mənim, kef mənim, istəsəm təkərdən asaram, istəsəm boynumdan" - Afət

14-01-2022, 12:43           
"Əşya mənim, kef mənim, istəsəm təkərdən asaram, istəsəm boynumdan" - Afət
"Onlara dedim ki, əşya mənim, kef mənim, istəsəm təkərdən asaram, istəsəm boynumdan" ötən ilin ən çox müzakirə edilən mövzularından biri də müğənni Afət Fərmanqızına özəl hazırlanan 50 min manatlıq geyim oldu. İfaçı daş-qaşla bəzədilən ağır çəkili libasının qiymətinin ağır olmasının səbəbini isə "Swarovski" qaşları ilə bəzədilən, brilliant boyunbağının həmin libasa tikdirildiyi üçün baha olduğunu bildirmişdi.

İndi isə müğənninin brilliant boyunbağını el şənliklərində fərqli libasla istifadə etməsi müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a danışan Afət Fərmanqızı bunun heç kimə aidiyyatı olmadığını bildirib:

"Bir media qurumu mənə israr edirdi. Bildirirdilər ki, boynbağımı taxaraq onlara müsahibə verim. Mən isə buna etiraz etdim. Onlara bildirdim ki, bu mənim özəl əşyamdır. Siz çəksəniz də, çəkməsəniz də mən boyunbağımı boynuma taxaraq el şənliklərində iştirak edirəm. Hətta boyunbağım boynumda olarkən foto çəkib "İnstagram" səhifəmdə də yerləşdirmişəm. Onlar da gördü ki, mən dediklərini etmədim. Çünki istəkləri bunu özlərinin çəkib paylaşması idi. Mən də dedim ki, niyə o reytiniqi sizə qazandırım, özüm həmin reytinqimi qazana bilmirəm? Onların dediyini etmədiyim üçün yazdılar ki, "Afətin yalanı üzə çıxdı". Mənə maraqlı gəldi, dedim görən nə yalanı danışmışam ki, bu da üzə çıxıb. Xəbəri oxuduqda isə görürəm ki, onların təkliflərini dəyərləndirmədiyim üçün bunu yalan kimi qələmə veriblər. Mən də dedim ki, əşya mənim, kef mənim, istəsəm təkərdən asaram, istəsəm boynumdan. Bunun kimə nə dəxli var?".шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.