"Rusiya KİV-nin mənəvi haqqı yoxdur ki...- Qüdsi Osmanov

4-04-2016, 20:46           

"Bəzi Rusiya KİV-ri Dağlığ Qarabağdakı hadisələri birtərəfli və qeyri obyektiv işıqlandırırlar" - bunu Rusiyanın"pravda.ru" adlı informasiya-analitik portalına müsahibəsində Azərbaycanın Rusiyadakı səfir müavini Qüdsi Osmanov bildirib.

"Bu konfliktin sülh yolu ilə həll edilməsi üçün Rusiya Federasiyası fəal vasitəçi kimi iştirak edir. Rusiya kütləvi informasiya vasitələrinin mənəvi haqqı yoxdur ki, bu hadisələri qeyri obyektiv işıqlandırsın"- deyə Qüdsi Osmanov qeyd edib.

Bundan əlavə diplomat qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərə Rusiya tərəfi daha diqqətli yanaşmalıdır. Məsələn, Rusiya dövlət tarix müzeyində keçirilən erməni sərgisində Azərbaycanın işğal olunmuş torpaqlarından eksponatlar nümayiş olunaraq, erməni irsi kimi qələmə verilir. Bundan əlavə, sərgidə nümayiş olunan xəritədə Azərbaycan və Rusiyanın bəzi əraziləri Ermənistanın əraziləri kimi göstərilib. Diplomat vurğulayıb ki, bu sərginin əsas təşkilatçılarından biri Rusiya Mədəniyyət nazirliyi çıxış edir. "Bu məsələlərə daha diqqətli yanaşmaq lazımdır. Azərbaycan ictimaiyyəti bunu təəccüb ilə qəbul edir və başa düşmür",- deyə Qüdsi Osmanov bildirib.

Azərbaycan diasporu məsələsinə toxunan səfir müavini qeyd edib ki, Rusiyada Azərbaycan diasporu rusiya ictimaiyyətinin bir hissəsidir və diaspor siyasət ilə məşğul olmur. Diplomatın sözlərinə görə, Dağlıq Qarabağda baş verən hadisələr barədə Rusiya ictimaiyyətinə obyektiv məlumatın çatdırılmasında Azərbaycan diasporu geniş təbliğat işləti aparmalıdır. Ümumrusiya Azərbaycan Konqresinin vəzifələrindən biri məhz bu olmalıdır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktinin səbəbləri bərədə Rusiya jurnalistlərin suallarına cavab verən Qüdsi Osmanov bildirib ki, konfliktin əsas səbəbi erməni silahlı qüvvələri tərəfindənAzərbaycan ərazilərinin işğalıdır. O qeyd edib ki, 20 ildən artıq bu dondurulmuş konflikt nəticəsində insanlar, hərbi və mülki şəxslər həlak olur.

"Bu gün Azərbaycan güclü iqtisadiyata və güclü orduya malik olan ölkədir. Təxribat erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmişdir. Özü də Azərbaycan ərazilərində. Sual yaranır: "Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində nə gəzirlər? Burda həqiqəti axtarmaq lazım deyil. Ermənistan silahlı qüvvələri Azəbaycan ərazilərində yerləşərək, bütün beynəlxalq hüquq normalarını pozurlar", - deyə səfir müavini qeyd edib.

Bundan əlavə səfir müavini bildirib ki, bu gün bütün azərbaycan xalqı milli və dini mənsubiyyətindən asılı olmayaraq, öz lideri - Azərbaycanın Prezideti İlham Əliyevin ətrafında birləşiblər.

İşğal olunmuş ərazilərdən qaçqın və məcburi köçkünlərdən söz açaraq, diplomat bildirib ki, hələ indiki Ermənistanın ərazilərindən 1988-ci ildə 360 minə yaxın azərbaycanlı qaşqın düşüb. Halbuki, onların yaşadıqları ərazilər onların doğma torpağları idi. "Sovetlər İttifaqı yarananda bu Azərbaycan torpaqları Ermənistanın tərkibinə verildi və orada yaşayan azərbaycanlılar sərhədin o tərəfində qaldılar", - deyə diplomat vurğulayıb.

"Azərbaycan torpaqlarının işğaldan azad olması - vaxt məsələsidir. Gec və ya tez bu torpaqlar azad olunacaqdır. Bu nə qədər tez olsa, o qədər yaxşı olacaq. Lakin bu baş verməyənə kimi insanlar həlak olur - dinc əhali, adi əsgərlər. Ermənistan rəhbərliyi ambisiyalarından əl çəkməli, aqressor deyil, mədəni dünyanın bir hissəsi olmalıdır", - deyə diplomat bildirib.
[media=https://www.youtube.com/watch?v=R7pY4PBwqZE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.