Hafiz Hacıyev 5-ci kolonu "bombaladı"-Heyrətamiz açıqlamalar...

7-04-2016, 00:30           
Hafiz Hacıyev 5-ci kolonu "bombaladı"-Heyrətamiz açıqlamalar...
"5-ci kolon bilir ki, İlham Əliyev Azərbaycanı ermənilərdən təmizləsə, daha sonra növbə onlara çatacaq"

"Azərbaycan bir neçə yüksəklik ələ keçirib. Bizim nəyimzə lazımdır ora? Qoyun otaracağıq bəyəm orda? Ordumuz Xankəndinə qədər gedib çıxmalı idi"

Prezident bundan sonra keçirəcəyi təhlükəsizlik şurasının iclaslarına 5-ci kolonun üzvlərini buraxmamalıdır.

Azərbaycan - Ermənistan təmas xəttində yaranan qısa gərginlik ordumuzun gücünü bir daha sübuta yetirdi. Amma bütün bunlara baxmayaraq, nədənsə atəşkəs barədə razılıq əldə olundu.

teref.az xəbər verir ki, moderator.az-a açıqlama verən Müasir Müsavat Partiyasıın sədri Hafiz Hacıyevin sözlərinə görə, Azərbaycanda olan 5-ci kolon əməliyyatların dayanmasına səbəb olub:

"Mən dəfələrlə qeyd edirdim ki, Azərbaycan ordusunda olan ruh yüksəkliyi, orduda olan güc Qarabağı bir həftə, uzağı 10 günə azad etməyimizə imkan yaradır. Bunu mən prezident seçkiləri vaxtı deyəndə bəzi şəxslər buna inanmırdılar. Amma indi o şəxslər gördüm ki, ordumuzun gücü barədə danışmağa başlayıblar. Bizim ordumuzun gücü imkan verirdi ki, biz bir həftəyə Xankəndinə çataq. Azərbaycanda böyükdən kiçiyə qədər hamı döyüşlərə köklənmişdi. Bunu görən Rusiya Azərbaycandakı 5-ci kolonunun üzvlərinin düyməsini basdı. Onlara orden - medalı havayı yerə verməyiblər axı. Torpaqlar azad olunsaydı bu İlham Əliyevin adı ilə bağlı olacaqdı. Prezident bunu etsəydi Atatürk kimi Azərbaycanın tarixində əbədi həkk olunardı. Amma ermənilərlə qohumluğu olan bəzi məmurlar bunu istəmədilər. Nəyə görə onlar buna inkan vermədilər? Azərbaycan bir neçə yüksəklik ələ keçirib. Bizim nəyimzə lazımdır ora? Qoyun otaracağıq bəyəm orda? Ordumuz Xankəndinə qədər gedib çıxmalı idi. Oradakı ermənilərə də çağırış etməliydik ki, gəlib onlar bizim rəhbərliyimiz altında yaşasınlar. Prezident danışıqlardan sonra da nəticə olmasa mütləq hərbi əməliyyatlar barədə göstəriş verməlidir. 5-ci kolon bilir ki, İlham Əliyev Azərbaycanı ermənilərdən təmizləsə daha sonra növbə onlara çatacaq, onlar da öz layiqli cəzalarını alacaqdılar.

Mən Tərtər bölgəsində oldum, orada olan əsgərlərlə söhbət etdim, hər biri bildirirdi ki, Ali Baş Komandan göstəriş versə onlar 2-3 günə Agdərəni götürər, bir həftəyə də Xankəndini azad edə bilərlər. Prezident bundan sonra keçirəcəyi təhlükəsizlik şurasının iclaslarına 5-ci kolonun üzvlərini buraxmamalıdır. Biz xalq olaraq İlham Əliyevə dəstəyimizi verməyə davam etməliyik. Yalnız bundan sonra həm 5-ci kolon, həm də ermənilər tam olaraq darmadağın olunacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.