II Elizabet koronavirusa yoluxduğu dövrdə özünü necə hiss etməsindən danışıb - VİDEO

12-04-2022, 10:10           
II Elizabet koronavirusa yoluxduğu dövrdə özünü necə hiss etməsindən danışıb - VİDEO
Fevral ayında COVID-19-dan əziyyət çəkən Böyük Britaniya Kraliçası II Elizabet xəstəlik dövründə özünü necə hiss etməsindən danışıb.

Belə ki, London Kral Xəstəxanasının yeni şöbəsinin təntənəli açılışı zamanı xəstələrdən biri ilə söhbətində o, koronavirusa yoluxduğu zaman keçirdiyi hisslərdən söz açıb.

“Virusa görə özünüzü çox yorğun və tükənmiş hiss edirsiniz, deyilmi?” - deyə 95 yaşlı kraliça pasiyentdən soruşub.

Bundan sonra isə II Elizabet bu pandemiyanın çox dəhşətli olduğunu vurğulayıb.


Xatırladaq ki, fevralın 20-də kraliça koronavirusa yoluxub və yüngül keçirdiyi üçün Vindzor qəsrində özünü təcrid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru