“Belə yaşamaqdansa, vallah ölmək məsləhətdir, milyardları çapıb-talayırlar...”

12-04-2022, 20:25           
“Belə yaşamaqdansa, vallah ölmək məsləhətdir, milyardları çapıb-talayırlar...”
“Doğrusu, Azərbaycan kanallarına baxmıram, ancaq müharibəyə görə xarici telekanallara baxıram. Bizim verilişlərimiz ancaq ailə münaqişələrindən ibarətdir. Azərbaycanda elə bir proses gedir ki, sanki biz başqa planetdə yaşayırıq, baş verənlərdən xəbərimiz yoxdur. Bizimki ancaq oxumaq, gülmək, danışmaqdır. Bəsdirin, ayıbdır. Bu gün Ukraynada qadınlar, körpələr qətlə yetirilir, ora baxın, elə onlar da bizdəndir. Ukraynalıların əsli müsəlmandır, sonradan xristian olublar. Bunu heç çoxları bilmir”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni deyib ki, bizim efirlərimizdə isə ancaq bayağı mövzular təbliğ olunur:

“Bizim camaatın işi ancaq Faiq Ağayev, Aygün Kazımova və Manaf Ağayevin Füzulidə saxlanılmasıdır. Yekə adamsınız, dünyadan xəbəriniz varmı, ay bədbəxtlər?! Gedib ordan-burdan bir qadın tapıb efirə çıxarırlar və düşürlər üstünə ki, sən bu uşağı kimdən dünyaya gətirmisən? Belə yaşamaqdansa, vallah ölmək məsləhətdir. Kimlərsə milyardları çapıb-talayır, bizim isə bu gündən sabaha gümanımız yoxdur. Ukraynada uşaqlar qətlə yetirilir, bu insanlıq deyil axı. Belə qənaətə gəldim ki, faşist alman yox, elə rusun özü olub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.