"Xaricdə təhsildən fərarilik üçün istifadə edirlər"
29-04-2016, 16:02
Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa oğlanların hərbidən yayınması məsələsinə toxunub.
Məlumata görə, millət vəkili bildirib ki, bir çox hallarda oğlanlar hərbi xidmətə getməmək üçün xaricdə təhsildən istifadə edirlər. Onlar xaricdə təhsil almaq adı altında hərbi xidmətdən yayınırlar.
"Əgər xaricdə 300 nəfər təhsil alırsa, onların əksər hissəsi yalnız birinci kursu başa vura bilirlər. Növbəti kurslarda onlar çətinlik çəkirlər və sadəcə əlavə pul ödəməklə illərlə eyni kursda təhsillərini davam etdirirlər. Bunun qarşısını almaq üçün həmin şəxslərin ölkədə təhsil almalarını təmin etmək lazımdır", - deyə millət vəkili əlavə etdi.
Fazil Mustafa təhsil adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə "baş girlədiyini” söyləyib: " Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Əsgərlikdən yayınmaq üçün xeyli insan bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın”. (ANS)