Qurban Qurbanov Şahruddin haqda danışdı: Vaxt olub ki…

24-08-2022, 08:10           
Qurban Qurbanov Şahruddin haqda danışdı: Vaxt olub ki…
“Futbolçularımı təbrik edirəm. Bundan sonra irəliyə baxmaq lazımdır”.

TİA.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, komandasında rəqibət yaxşı olsun: “İstədiyimiz proqramla çalışmaq istəyirik. Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam. Sadəcə, futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik”.

O, yeni transferlər etmək istədiklərini söyləyib: “Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur”.

Baş məşqçi ikinci hissədə zədələnən Riçard Almeydanın durumuna da toxunub: “Topuğu burxulub. Bir az şiş və ağrı var. Ona görə davam edə bilmədi. Çox yaxşı oyun göstərdi. Bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu oldu. Amma digər futbolçular da pis oynamadılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru