Səadət Yusifova: "Dünyada analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq"

28-09-2022, 09:47           
Səadət Yusifova:
"Bəzi hesablamalara görə dünya üzrə analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Bakıda Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, digər postsovet ölkələrində olduğu kim Azərbaycanda da beyin mərkəzləri Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayıb:

"Əslində son bir neçə ildə Azərbaycanda beyin mərkəzləri artır. Bu, obyekiv araşdırmaya tələbatın artmasından xəbər verir. Onları daxili və xarici siyasətlə məşğul olmaqla iki yerə bölmək olar. Amma bu, şərtidir. Çünki müasir dünyada xarici və daxili siyasət bir-biri ilə bağlıdır".

"Ukraynadakı müharibə fonunda dünya liderləri BMT-də islahatlarından danışmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını özü icra etdi. Bu, ilk belə hal idi", - S.Yusifova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru