Ukrayna tezliklə Krıma qayıdacaq, - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov

1-10-2022, 10:18           
Ukrayna tezliklə Krıma qayıdacaq, -
“Bu, mənim ikinci vətənimdir. Mən Krımda böyümüşəm. Və biz tezliklə oraya qayıdacayıq. Bəli, silahla geri dönəcəyik. Başqa variant yoxdur”, - deyə o bildirib.
1986-cı il doğumlu bu gənc oğlan çox cəsarətli, vətənpərvər , soyuqqanlı və kəskin zəkalıdır .
Tez tez qəfildən birbaşa cəbhənin ən qaynar nöqtələrdə olur .
Ukraynanın cəbhədəki uğurlu əməliyyatlarında bu gənc oğlanın rolu böyükdür. Mən Kirill Budanovu Azərbaycan generalı Xüsusi təyinatlı qüvvələrinin yaradıcısı və rəhbəri, Vətən müharibəsi qəhrəmanı Hikmət Mirzəyev ilə müqayisə edərdim.
Kirill Budanovun ən riskli əməliyyatlardan biri İlanlar adası alınan kimi strateji əhəmiyyətli adadakı vəziyyətlə əlaqədar olaraq oraya şəxsən getməsi olub . Həmin vaxt rus donanması adaya təhlükə yarada biləcək məsafədə idi .
Ukrayna xalqı dünya tarixində öz adını qızıl hərflərlə yazdıran qəhrəmanlar yetişdirir.
Cavid Dəmirli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.