Xaçikyan: “Qərb və Şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq”

28-11-2022, 11:17           
Xaçikyan: “Qərb və Şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq”
KTMT-nin bu görüşündən sonra etiraf etməliyik ki, həm qərb, həm də şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq.

Bunu noyabrın 26-da “Sülhün razılaşması": konstitusiya məsələsi və beynəlxalq siyasi-hüquqi nəticələr” adlı konfransda siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Bizim keçmiş müttəfiqimiz artıq Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini belə müdafiə etmək istəmir. Diktatura adlanan dövlətlərin dünyasına qarşı çıxmaq, bəzi qonşularımızı tənqid etməklə, biz özümüzü şərqdə məğlubiyyətə apardıq. Qərbdə isə özümüz üçün heç bir alternativ yarada bilmədik. Əslində biz iki kreslo arasında qaldıq və xarici siyasətimizi iflasa uğratdıq”, - Xaçikyan bildirib.

Sülh müqaviləsinin imzalanması və türklərlə azərbaycanlılarla dinc yaşamağa mümkünlüyünə gəlincə, ekspert xatırladıb ki, beynəlxalq aləmdə maraqlar dəyişdikdə sülh müqavilələrinin necə pozulduğuna dair onlarla nümunə var. “Əlamətlər var ki, bizim rəhbərliyimiz məsələlərin sənədlərlə həll olunmadığını anlamağa başlayıb. Lakin bu qədər səhvlərdən sonra biz öz maraqlarımızı necə təmin edə biləcəyimizi təsəvvür etmək belə çətindir. Rəqibimizin “Zəngəzur” dəhlizi Sünik haqqında necə aqressiv danışdığını da görürük”, - deyə politologiya elmləri doktoru yekunlaşdırıb.











Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.