Çinarə ilk dəfə atasından danışdı: “Bizi atıb getdi”
1-09-2023, 11:18
Tanınmış teleaparıcı, aktrisa Çinarə Əliyeva ilk dəfə atası barədə danışıb.
Teref.Az yenisabah.az-a istinadən xəbər verir ki, qonaq olduğu "Özəl" verilişində bu barədə danışan Çinarə uşaqlığını atasız keçirdiyini deyib:
"Atam spirtli içki içirdi, anamla arasında mübahisələr çox olurdu və bu get-gedə böyüyürdü. Mən 4-cü sinifdə oxuyanda artıq onlar ayrıldılar. Atam bizə heç vaxt köməklik etməyib, mən bu günə qədər atamdan heç nə görməmişəm. Həmişə anama bağlı olmuşam. Ona deyirdim ki, mən böyüyəcəyəm, sənə elə baxacağam ki, hər kəs sənə həsəd aparacaq. Biz çox kasıb böyümüşük. İllər sonra atam anama yığıb gəlmək istədiyini demişdi, anam razı deyildi, amma mən onu görmək istədiyimi dedim. Artıq biz böyümüşdük, bacımın iki övladı vardı, atam gəldi, nəvələri ilə də görüşdü. Gördük ki, o insan dəyişməyib, əslində anam ona iki dəfə şans verib, amma o, dəyişməyib. Hər bir halda, o mənim atamdır və onu çox istəyirəm. Özü də çox yaraşıqlı kişidir, yaşıl göz, ağ dərili..."
Çinarə Əliyeva atasının ikinci dəfə ailə qurduğunu və bu nikahdan doğulan uşaqlara maddi yardım etdiyini də açıqlayıb:
"5-10 ildən bir atam peyda olur, bəzən görüşürük. Onun ailəsi, övladları var, bizdən başqa iki qızı da var. Atamın övladları mənim bacımın uşaqları ilə yaşıddırlar, 15-16 yaşları var. Bir-birimizə qarşı bacı münasibətimiz yoxdur, amma yenə də mən onları görəndə öpüb-qucaqlayıram, maddi yardım lazım olanda edirəm, dəstək oluram, çünki bir az kasıb ailədirlər. Yenə də atama hörmətim sonsuzdur, amma uşaqlıqda yaşadığımm travma mənim ürəyimdən heç vaxt getməyəcək. Çox kinliyəm, elə şeylər var ki, unudulmur. Atam yaşayır, yeni ildə də onu çağırdım, birlikdə qeyd etdik, sonra özüm onu evə yolladım".