Adrian Mutu çox vaxt eyni pencək geyinməsinin səbəbini açıqlayıb

3-09-2023, 11:08           
Adrian Mutu çox vaxt eyni pencək geyinməsinin səbəbini açıqlayıb
“Bizim üçün vacib olan üç xalı qazandıq”.

Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis V turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada meydançanın vəziyyətindən danışıb. A.Mutu üç xalın önəmli olduğunu bildirib:

“Çox vacib oyun idi. Meydança amili çətinliklər yaradırdı. Ona görə oyunumuz çətin alınırdı. İstənilən halda üç xal qazandığımıza görə şadam”.

- Beş turdan sonra komandanızdan razısınız?
- Bəli. Doğrudur, “Kəpəz”lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha sonra yaxşı çıxış edək.

- Yeni transfer olacaq?

- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiniz. Bundan sonra transferlərimiz bitəcək. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, amma sonda qazanılan qələbə insanı sevindirir.

- “Sumqayıt”ın baş məşqçisi ilə aranızda gərginlik yaşandı...

- Heç nə baş verməyib.

- Bütün oyunlara yalnız eyni pencəkdə çıxırsınız. Bunun sizin üçün xüsusi önəmi var?

- Mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.