“Zelenski xəyanət etdi, Putin geri çəkilməyəcək” – Conson

19-09-2023, 08:54           
“Zelenski xəyanət etdi, Putin geri çəkilməyəcək” – Conson
“Rusiya Prezidenti Vladimir Putin tələblərinə nail olana qədər Ukrayna ilə münaqişədə geri çəkilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.

“Putin ümid edir ki, Ukrayna ya təslim olmağa, ya da Moskvanın şərtləri ilə sülh danışıqlarına getməyə məcbur olana qədər bunu (müharibəni) saxlayacaq. Rusiyanın geri çəkiləcəyi bir vəziyyət olmayacaq, bunun üçün şans yoxdur”, - analitik bildirib.

Onun fikrincə, Rusiya lideri mümkün qədər keçmiş sovet respublikasında eskalasiyanın qarşısını almağa çalışır. Conson iddia edir ki, böhranı genişləndirmək və birbaşa Qərb ölkələrini buna cəlb etmək idarəolunmaz fəlakətlə nəticələnəcək.

Eyni zamanda, o əlavə edib ki, prezident seçkiləri zamanı Ukrayna lideri Vladimir Zelenski Donbas məsələsinin siyasi yolla nizamlanmasına böyük ümidlər bəsləyib, amma münaqişəni daha da gərginləşdirib.

“Zelenski Ukrayna xalqına xəyanət etdi, xatırlayıram, seçki yarışı zamanı Rusiya ilə münasibətləri yaxşılaşdıracağına və vətəndaş müharibəsinə son qoyacağına necə söz vermişdi”, - Conson vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru