“Tezliklə Azərbaycana veriləcək cavab...” – Rus polkovnik
25-09-2023, 11:51
“Gürcüstanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər”.
Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
“Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə Qərbin (ABŞ-Fransa-AB) cavabı tezliklə Gürcüstanda sabitliyi pozmaq və orada “rəngli inqilab” təşkil etmək və İrakli Qaribaşvili hökumətini zorla aradan götürülməsi cəhdi olacaq. Bu, Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə cəhdidir, baş tutsa, bu, sadalanan ölkələrin hər birinə fərqli şəkildə zərər verə bilər. Bu baxımdan, yeni təhdidləri qiymətləndirmək və Qərbin planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya təhlükəsizlik şuralarının və ya kəşfiyyat xidmətlərinin rəhbərlərinin qeyri-rəsmi qapalı görüşünün keçirilməsinə təcili ehtiyac var. Belə bir toplantının keçirilməsi üçün optimal yer Bakıdır”, - ekspert bildirib.
Korotçenko Gürcüstana mümkün hakimiyyət dəyişikliyinə də diqqət çəkib:
“Gürcüstanda İrakli Qaribaşvili hökumətinin devrilməsi və orada açıq-aşkar qərbyönlü və ya amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsi nə deməkdir?
Ən mühüm boru kəmərləri - qaz (Cənub Qaz Dəhlizi) və neft (Bakı - Tiflis - Ceyhan) kəmərləri, eləcə də Bakı – Tiflis – Qars dəmir yolu Gürcüstan ərazisindən keçdiyi üçün Azərbaycan və Türkiyəni şantaj ehtimalı;
Azərbaycan, Türkiyə və Rusiyaya güclü təsir və sabitliyi pozma vasitəsi kimi İrəvan - Tiflis - Brüssel - Paris hərbi-siyasi oxu formalaşması;
Qlobal erməni diasporunun qüvvələrinin Azərbaycana qarşı destruktiv hərəkətlər üçün yeni tətbiq amili kimi Ermənistan-Gürcüstan əlaqəsinin strateji əhəmiyyətinin artırılması”.