Keri Kavano: Müstəqil, azad mətbuata və onların Qarabağda baş verənləri işıqlandırmasına ehtiyac var

26-09-2023, 12:54           
Keri Kavano: Müstəqil, azad mətbuata və onların Qarabağda baş verənləri işıqlandırmasına ehtiyac var
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Qarabağ ermənilərinin bölgəni tərk etməsini, Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında Xocalıda keçirilən görüşü və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərini şərh edib.

Amerikanın Səsi: Səfir Kavano, çox sayda ermənilərin Laçın yolu ilə Qarabağı tərk etdikləri deyilir. Siz bu barədə nə deyə bilərsiniz?
Keri Kavano: Yollar bazar günü açıldı və dərhal ilk tərk edən qrup Beynəlxaq Qırmızı Xaç Komitəsi tərəfindən təxliyə edilən döyüşlər zamanı xəsarət alan insanlar oldu. Daha sonra bir neçə avtobus dolu qadın və uşaq yola düşdü, ardınca isə benzini olan Qarabağda yaşayan ermənilər, etnik ermənilər. Məncə orada benzinlə bağlı bir problem var idi. Bu gün isə sayın artdığını görürük və artıq təxminən 7000 insan Laçın yolu ilə bölgəni tərk edib.

Amerikanın Səsi: Bazar ertəsi Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında Xocalıda görüş keçirilir. Ermənilərin Azərbaycanda reinteqrasiya perspektivi ilə bağlı fikirləriniz nədir?

Keri Kavano: Azərbaycan açıq-aşkar dedi ki, qalan əhalinin Azərbaycan vətəndaşı kimi tam hüquqları olacaq. Və məncə bu yaxşı haldır. Məncə buradakı probelem odur ki, oradakı vətəndaşların real narahatlıqları var. Mən dünən axşam Qarabağdakı insanlarla əlaqə saxladım. Onların pis rəftarla üzləşib-üzləşməyəcəkləri, qisasın ola biləcəyi, əsgər olan insanların, hökumət orqanlarında çalışan insanların aqibətləri ilə bağlı narahatlıqları var. Və bu dinc yolla, danışıqlar yolu ilə əldə olunan bir razılıq olmadığı üçün və əvəzinə döyüş və ya gücdən istifadə yolu ilə əldə olunduğu üçün, məncə bu, daha çox insanı şübhələrlə tərk etmək qərarı verməyə gətirib çıxarır. Və zənnimcə ümid var ki, bu gün Xocalıda olan görüşdə insanları qalmağa qərar vermək üçün rahatladacaq bir çərçivə yaradılacaq. Fikrimcə buradakı təhlükə ondan ibarətdir ki, (və bu təhlükə hər iki tərəf üçün də var) çox insan qorxur və qorxu onları getməyə vadar edir. Amma onların tərk etməsi Azərbaycan üçün də etnik təmizləmə olaraq görünür ki, onlar insanların qala biləcəklərini hiss etmələri üçün şərait yarada bilməyib. Bu da Azərbaycan üçün yaxşı bir hal deyil. Bu, evlərini tərk edən Qarabağ əhalisi üçün də yaxşı deyil. Bu, Ermənistan üçün də yaxşı deyil, çünki onlar birdən-birə panika vəziyyətində, fiziki olaraq üzərlərində və ya maşınlarında gətirə bildikləri çox az sayda əşya ilə sərhədi keçən 100 mindən çox insanın ehtiyaclarını ödəməyə çalışmalıdır. Ona görə də, məncə biz indi bir dönüş nöqtəsindəyik və bir neçə gün bunun nə ilə nəticələnəcəyini bilməyəcəyik.

Ümid edək ki, hər şey nizamlı şəkildə irəliləyər və Qarabağda qalan insanların, getmək istəsələr, bunu düzgün şəkildə edə bilmələri üçün kifayət qədər yardım ləvazimatı olar, qalmağı seçənlər isə qorunacaqları, təhlükəsizliklərinin təmin olunacağı ilə bağlı rahat olmalıdırlar.
Amerikanın Səsi: Sizcə rus sülhməramlıları bölgəni tərk edəcəkmi? Sizin fikriniz nədir?

Keri Kavano: Bu səhər Moskvada Kremlin sözçüsünə rus sülhməramlılarının qalıb-qalmaycağına dair bir sual verildi. O da cavab vermədi.

Məncə tərk edəcəklər. Onların yolu açıq tutmaq öhdəlikləri olmayacaq. Bu olmayacaq. Və onlar getsələr, məncə bu, indi Qarabağda daha çox insanda qalacaqları təqdirmə təhlükəsizlikləri ilə bağlı daha çox narahatlığa səbəb olacaq.

Amerikanın Səsi: Və son olaraq, Türkiyə Prezidenit Rəcəb Tayyib Ərdoğan hazırda Naxçıvanda səfərdədir və orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşür. Sizin bu səfərdən gözləntiləriniz nədir?

Keri Kavano: Zənnimcə, bu səfər bir neçə məqsədlə təşkil olunub. Biri, Azərbaycanla Türkiyə arasında siyasi yaxınlıqdır və məncə son illərdə hər kəs açıq görüb ki, onlar çox yaxındır. Onlar 2020-ci ildə döyüşlər zamanı da çox əməkdaşlıq etmişdilər. Prezident Ərdoğan bu il Baş Assambleyanın açılışı zamanı BMT-dəki çıxışında Azərbaycanın atdığı addımların tam arxasında olduğunu qeyd etdi. Ona görə də, məncə siyasi əməkdaşlıq komponenti var. Bir digər məsələ iqtisadi əməkdaşlıqdır. Onun etdiyinin bir hissəsi Naxçıvanın Trans Anadolu kəməri ilə qazı təchizatını alacağı yeni qaz boru kəməri açmaqdır və bu yeni bir şeydir. Bir digər məsələ, mənə deyilənə görə, müasirləşdirilən yeni hərbi kompleksə ziyarətdir. Yəni səfərin ümumi məqsədi siyasi, iqtisadi, hərbi əməkdaşlığı və yaxınlığı vurğulamaqdır.

Bununla belə, məncə bu həm də mənim qeyd etdiyim başqa narahatlığı da qabardıb bu da insanların Qarabağda qaldıqları yoxsa tərk etdikləri zamanmı özlərini təhlükəsiz hiss edəcəklər? Və burada Cənubi Qafqazda daha çox döyüş ehtimalının olub-olmadığına dair sual var. Rusların 2020-ci ildə vasitəçilik etdiyi atəşkəsdə Laçından və Zəngəzurdan dəhlizin oalcağına dair razılaşmalar var idi. Amma indi Laçından keçən dəhliz yox olacaq. Bu bir amildir. Ona görə də həmin atəşkəs razılaşması qüvvədə qalmır. Bəs bunun Naxçıvanla Azərbaycan arasındakı əlaqə, nəqliyyat əlaqələrinə təsiri nədir? Mən bunun necə həll olunacağını bilmirəm, necə ki, rus sülhməramlılar və Ermənistana getməyə qərar verən vətəndaşların getməsinin necə olacağını bilmirəm. Bu məsələlər siyasi dialoqla, sülh nizamlanması ilə həll oluna bilərdi. Amma bu gün əlimizdə sülh razılığı yoxdur. Bu yeni status-kvodur. Və döyüş yolu ilə yaranan yeni status-kvonun təhlükəsi odur ki, o yenidən döyüşlə dəyişə bilər. Və məncə bu, “Cənubi Qafqazda başqa döyüşlər ola bilərmi?” sualını yaradır. Bunun da heç kimə xeyri yoxdur. Bunun investisiyaysa xeyri varmı? Sabitliyə faydası varmı? Yenidənqurmaya faydası varmı? Məncə cavabı olmayan hələ çox sual var. Fikrimcə, bu gün Xocalıda baş verənlərlə bağlı daha çox məlumat alacağıq və bu da bir az yardım edə bilər. Amma qabaqda uzun yol var və məncə hər kəs birlikdə işləməlidir. Ələlxüsus da beynəlxalq icitmaiyyətin humanitar yardıma və insanların yerləşdirlməsinə kömək etmək rolu var, əgər Ermənistan həqiqətən də 10 minlərlə insanın ölkəyə qəbul etməklə üzləşsə. Məncə eləcə də bütün tərəflərdə insanların üzləşdirkləri travamlara kömək etmək rolu var. Buna bu gün Qarabağı tərk edən insanlar və Qarabağda keçmiş məskənlərinə qayıdan azərbaycanlıar daxildir. Bunların hamısı emosional, psixoloji cəhətdən çox çətindir. Və məncə beynəlxalq icitamiyyət, xüsusilə də QHT-lər buna yardım edə bilər.
Mənim qeyd etmək istədiyim bir başqa məsələ mətbuatın roludur. İnsanların Qarabağda qalmaq və ya getmək qərarlarına təsir edən şeylərdən biri təhlükəsizliklə bağlı sualdır. Və bununla bağlı dezinformasiya mövcuddur. Sosial mediaya, internetə baxsanız, bölgədə baş verənlərlə bağlı, son iki üç gündə olanlarla çox sayda dezinformasiya tapa bilərsiniz. Müstəqil, azad mətbuata və onların baş verənləri işıqlandırmasına ehtiyac var. Və məncə bu, insanları “Qalmalıyammı? Təhlükəsizəmmi? Hər şey təsvir olunduğu kimi olacaqmı” sullarına cavab verməklə daha rahat məntiqli qərar vermələrinə yardım edə bilər. Məncə bu, Azərbaycanın xeyrinə olar. Bilirəm ki, Azərbaycan keçmişdə azad mətbuata çox istəksiz olub. Amma zənnimcə onlar insanların ötən həftə “bizim dəmir yumruğumuz bu torpaqıarı azad etdi” demələrinə əsaslanaraq onlara etimad edəcəklərini gözləməməlidirlər. “Siz təhlükəsizsiniz, yaxşı olacaqsınız, bizdə mənfi hisslər yoxdur” deyəcəksinizsə “dəmir yumruq” demək yaxşı bir şey deyil. Xeyr, insanların rahat hiss etmələrini, “Doğrudur, yaxşdır, təhlükəsizdir” demələrini təmin etmək üçün baş verənləri işıqlandıracaq, nə olduğunu göstərəcək müstəqil insanlara ehiyac var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.