Stefen Blank: Azərbaycanın cavabı qısa müddətdə effektiv ola bilər, amma uzun müddətdə əks nəticə verəcək
29-09-2023, 11:44
ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanın
Amerikanın Səsi: Ermənistan hökumətinin bildirdiyinə görə, artıq 50 mindən çox insan Qarabağdan Ermənistana gedib. Hazırda baş verən hadisələri necə qiymətləndirirsiniz?
Stefen Blank: Açığı, bu, uğurlu etnik təmizləmə hadisəsidir. Təəssüf ki, Dağlıq Qarabağdakı ermənilər illər öncə Ermənistan vilayəti aldığı zaman azərbaycanlıların başına gələnlərdən əziyyət çəkirlər. Biz unutmamalıyıq ki, o zaman 700 min azərbaycanlı qaçqın var idi. Yəni bu bu problemə kifayət qədər ciddi yanaşıb, siyasi həll yolu tapmağa çalışmamasının nəticəsidir. Mən düşünürəm ki, Azərbaycanın cavabı qısa müddətdə effektiv ola bilər, amma uzun müddətdə əks nəticə verəcək. Azərbaycanın Dağlıq Qarabağ və ətrafında etnik gərginliyi artırmaq əvəzinə azaldacaq siyasi həll yolu tapmağa çalışması daha yaxşı olardı. Bu kimi həll yollarının Habsburq imperiyasına qədər gedib çıxan nümunələri var, amma belə görünür heç kim onları sınamaq istəmirdi və bunun əvəzinə gücə əl atdılar. İndi Azərbaycan Dağlıq Qarabağı Azərbaycanın tərkibinə salacaq, amma geridə elə bir acı və qəzəb miras qoyacaq ki, bundan illər sonra bu iki qonşu bir-birilə tam şəkildə əməkdaşlıq edə bilməyəcək.
Amerikanın Səsi: Azərbaycan səlahiyyətliləri 2022-2023-cü illərdə qısa müddət özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun dövlət naziri olan milyarder biznesmen Ruben Vardanyanı saxlayıblar. Sizin onun həbsinə reaksiyanız nədir? Sizcə Vardanyanı gələcəkdə nə gözləyir?
Stefen Blank: Ermənistan və ya Rusiyaya deportasiya. Mən onların onu saxlayacaqlarını düşünmürəm. Onların onu saxlamağa ehtiyacları yoxdur. Bu, hər kəslə münasibətləri daha da qəlizləşdirə bilər. Və o artıq keçmişin adamıdır. O heç kəs üçün təhlükə deyil.
Amerikanın Səsi: Ermənistanda nümayişlər keçirilib və minlərlə insan hökumətin Qarabağ böhranını idarə etmə şəklinə etiraz edib və baş nazir Nikol Paşinyanın istefasına çağırıb. Sizcə Ermənistanda hər hansı mümkün hakimiyyət dəyişikliyinin hazırkı vəziyyətə nə cür təsiri ola bilər?
Stefen Blank: Ermənistanda hakimiyyət dəyişikliyi anti-Azərbaycan əhval-ruhiyyəsini və hərbi qisas istəyini gücləndirəcək və Ermənistanı Rusiyaya doğru aparacaq. Bu, Paşinyan və onun adamlarının gətirməyə çalışdığı demokratik performansla yanaşı Qərblə yaxınlaşmasını da ləğv edəcək. Və bu, sadəcə olaraq, Qafqazda heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Bundan yaxşı bir şey çıxmayacaq.
Fakt budur ki, Ermənistan müharibəni uduzdu. O müharibəni ona görə uduzdu ki, ordusunu kifayət qədər müasirləşdirmədi və arxalana biləcəyi müttəfiqləri yox idi. Ermənistanın işi irəli getmək və bu vilayət uğrunda çəkişməyə son qoymaqdır. Amma mən düşünmürəm ki, onlar məni dinləyəcəklər.
Amerikanın Səsi: Birləşmiş Ştatlar çərşənbə axşamı Qarabağa humanitar yardımımn davam etdirilməsinə çağırıb və rəsmilər səhiyyə xidməti və digər təcili ehtiyacları qarşılamaq üçün əlavə humanitar yardım elan ediblər. Siz hazırkı vəziyyətdə ABŞ-ın rolunu necə görürünüz?
Stefen Blank: Yetərsiz. Biz kifayət qədər iş görmədik. Avropa kifayət qədər iş görmədi. Bilirsiniz, humanitar dəhliz və ya onu nə adlandırırsınızsa adlandırın, o, yarana bilər. Azərbaycanın belə bir şeyə icazə verməməsi üçün heç bir səbəbi yoxdur, çünki ermənilər gedirlər. Və onlar ona görə getmirlər ki, Azərbaycan onları qovdu. Onlar Azərbaycanın edə biləcəkləri ilə bağlı panika səbəbilə gedirlər. Və belə bir vəziyyətin yaranmasının qarşısını almaq üçün heç bir səy göstərilməyib və ya kifayət qədər səy göstərilməyib. Humanitar yardım və dəhlizlərə və s. çağırış etmək yaxşıdır, amma qatar artıq stansiyasını tərk edib.