“O, siyasi oyunların piyadası olduğunu anlamadı” - Zərdüşt Əlizadə

29-09-2023, 14:38           
“O, siyasi oyunların piyadası olduğunu anlamadı” -
“Sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan separatçı qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyan daha çox çirkli pulların Qərbə daşınması, yuyulması ilə ad çıxarıb. Hətta onun Rusiya və Qərbdə olan hakim zümrələrlə böyük əlaqələrinin olduğu bildirilir. Evi, ailəsi Londonda ola-ola, o, Qarabağa gəlib və qondarma rejim naminə çalışacağını açıqlamışdı. Hətta onun bu davranışları bir çoxlarını şirnikləndirmişdi və aldanmışdılar. Amma bu oyun idi”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Azərbaycan Vardanyan üzərindən oynanılan bu oyunların məqsədini düzgün dəyərləndirdi və adekvat tədbirlər gördü:

“Vardanyanın birdən-birə Ermənistanda peyda olması da qaranlıq qalan suallardan idi. Azərbaycan tərəfi bəyanat verdi ki, Vardanyan Qarabağ vətəndaşı deyil. O da qondarma rejimdə olan "vəzifəsi" ilə bir şey edə bilməyəcəyini anladı, amma yenə də Qarabağda qalmağa üstünlük verdi. Məqsədi ehtimalları dəyərləndirmək idi. Bunun üçün də orada absurd bəyanatlar verməyə başladı. İndi də bu iddialarına görə Azərbaycan hüquq sistemi qarşısında cavab verməli olur. Sadəcə olaraq o, siyasi oyunların piyadası olduğunu anlamalı idi. Ancaq anlamadı”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.