Rusiya ilə Ukrayna arasında uzunmüddətli müharibə olacaq.
Axar.az xəbər verir ki, bunu israilli hərbi ekspert David Gendelman deyib.
"Ruslar belə uzunmüddətli müharibə planlaşdırmamışdı, amma onların cəbhədəki mövqeyi o qədər də pis deyil: cəbhənin məhvi, rus ordusunun, rus dövlətçiliyinin məhvi baş verməyib, düşmən Moskvanın qapısında deyil, az-çox döyüşmək olar. Rusiyanın Ukraynaya qarşı müharibəsi doğurdan da İran-İraq müharibəsinə çevrilir. Rusiya hakimiyyəti silahlı qüvvələrin qurulmasına dair 2026-cı ilə qədər müharibə planlarını açıqlayıb. Hərbi sənaye barədə məlumatları görürük, hərbi xərclərin artırılması ilə bağlı rəqəmlər açıqlanır. Doğrudan da, Rusiya Ukraynadan daha yaxşı mövqedən uzun sürəcək müharibəyə girir. Hətta atışma yalnız bir neçə sərhəd bölgəsinə aiddir, heç kim Rusiyanın dərinliklərinə girmir", - analitik bildirib.