Qarabağdan gedən ermənilərin sayı şişirdilir: Məqsəd nədir? - Deputat bir çox məsələyə aydınlıq gətirdi

2-10-2023, 10:05           
Qarabağdan gedən ermənilərin sayı şişirdilir: Məqsəd nədir? -
Mülki azərbaycanlılara qarşı qanlı əməllər törətmiş şəxslərin maşınlarla rahat bir şəkildə Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedənlərinin sayının 100 min nəfərdən çox olduğunu Ermənistan hakimiyyəti deyir. Rəqəmlər bir neçə dəfə şişirdilib və bu şişirdilmədə təəccüblü bir şey yoxdur. Saxtakarlıq bunların qanındadır və həyat tərzidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatı bu yalanı alt-üst edəcək.

TEREF.AZ bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat tarixdən bir misal gətirib: “Hələ Birinci Dünya müharibəsi illərində bunlar ölənlərinin sayının əvvəlcə 350, sonra 500, 650, 750 min, 1 milyon, daha sonra isə utanmadan 1 milyon 500 min nəfər olduğunu dedilər. Həyasızlığın yüksək həddidir. Birincisi, sanki bunların ölüləri də artıb-törəyir. İkincisi, müharibədə bütün iştirakçı dövlətlərdən cəmi ölən 10 milyon nəfərin o zaman dövləti olmayan, müharibədə iştirak etməyən və sayı bütün dünyada 3 milyon nəfər olmayan erməninin guya 1 , 5 milyonu bunlar olub. Gülməlidir!”

Musa Qasımlı ermənilərin saxta say artımında hansı məqsəd güddüklərini açıqlayıb. “Məqsəd ənənəvidir: xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəmək. Yenə tarixdən bir nümunə maraqlıdır. Hələ 1920-ci ildə ABŞ-ın İstanbuldakı ali komissarı Mark Lambert Bristol Mərkəzə məktubunda yazırdı ki, ermənilərə ayırdığımız pulları erməni xadimləri və təşkilatları oğurladılar, göyə sovurdular və sonda günahkar bizi bildilər.

İndi də belə olacaq. Az və ya çox, fərq etməz, yenə də ayrılan pulları oğurlayıb yeyəcəklər, özləri özlərini saldıqları fəlakət üçün əvvəlcə biri-birilərini, sonra isə ABŞ, Fransa və digər ölkələri günahlandıracaqlar. Çox gözləmək lazım gəlməyəcək…”, – deyə deputat yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.