“Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb“ - Zatulin

5-10-2023, 20:15           
“Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb“ - Zatulin
“Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.

O bildirib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müdafiə edəcəyi daha heç kim yoxdur.

Zatulin Azərbaycanın “son hərəkətləri” Rusiyanın mövqelərinə böyük “zərbə vurub”:

“Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin qarşısında həyata keçirilən həbsi, məncə, təkcə Ermənistandakı xain hökumətə deyil, həm də sülhməramlılığa çox ciddi qınaqdır. Bəzi Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ermənilərin Qarabağı tərk etməsində heç kim günahkar axtarmamalıdır. Bu, onların fikrincə, könüllü hərəkətdir.

Mən isə deyirəm ki, bu, Rusiyaya sülhməramlısına qarşı çirkin bəyanatdır. Ermənilərin hamısının Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı kontingentimizin onları qoruya bildiyinə inanmaqdan vaz keçiblər.

Aydın məsələdir ki, hər halda bizim kontingentin Qarabağda sayılı günləri qalıb. Çünki orada heç kim qalmayıbsa, sərt desək, onlar kimi qoruyacaq? O, azərbaycanlıların indi rəsmi olaraq Xankəndi adlandırdığı şəhərdə yol hərəkəti qaydalarına nəzarət etməyəcək ki. Bu, sadəcə bir zaman məsələsidir və qısa müddətə həll olunacaq. Bu, Azərbaycanın bölgədəki mövqelərimizə zərbə vurması nəticəsində baş verdi”.

Zatulin əlavə edib ki, Bakının hərəkətləri Rusiyanı güclü dövlət kimi “pis vəziyyətə salıb” və bununla əlaqədar Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.