“Paşinyan məni Qarabağa müdafiə naziri göndərəcəkdi” - Erməni general

6-10-2023, 00:03           
“Paşinyan məni Qarabağa müdafiə naziri göndərəcəkdi” - Erməni general
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan videomüraciət yayaraq, yeni hərəkata başladığını bəyan edib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, müraciətində işdən çıxarılmasının səbəblərini də açıqlayıb.

Karapetyan bildirib ki, o, Azərbaycan Ordusunun təqdim etdiyi ultimatumu qəbul etməyib. “Həmin vaxt sərhəddə gərginlik var idi. Hökumət rəhbərliyi atəş açılmaması haqqında göstəriş vermişdi. Lakin bu əmrə tabe olmadım və atəş açmaq barədə əmr verdim”.

Keçmiş müdafiə naziri onu da deyib ki, Nikol Paşinyan onu işdən çıxararkən bildirib ki, Qarabağa “müdafiə ordusu”na rəhbərlik üçün bu addımı atıb. “Ölkəmiz və regionumuz ətrafında son dərəcə sürətlə inkişaf edən təhlükəli geosiyasi proseslər şəraitində biz Ermənistan hökumətinin qorxaqlığı və satqınlığı nəticəsində baş vermiş Qarabağın dəhşətli bədbəxtliyinin şahidi olduq. Qarabağlıların taleyin ümidinə buraxdılar. Qarabağdakı ordunun buraxılması isə xəyanətdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.