Tomas de Vaal: Ümid edirəm ki, ən azından Brüsseldəki kimi üçtərəfli formatda görüşlər davam edəcək

7-10-2023, 11:24           
Tomas de Vaal: Ümid edirəm ki, ən azından Brüsseldəki kimi üçtərəfli formatda görüşlər davam edəcək
Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi və "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" adlı kitabın müəllifi Tomas de Vaal Amerikanın Səsinə müsahibədə Aİ-nin Azərbaycanı qınayan qətnaməsini, İlham Əliyevin Qranada görüşündə iştirak etməməsini, özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun keçmiş rəhbərlərinin həbsini şərh edib.

Amerikanın Səsi: Cənab De Vaal, Avropa Parlamenti çərşənbə axşamı Azərbaycan qınayan qətnamə qəbul edib və qannvericilər Aİ və üzv ölkələri blokun Azərbycanla əlaqələrini yenidın nəzərdən keçirməyə çağırıb. Buna münasibətiniz nədir?

Tomas de Vaal: Məncə Avropa boyu sentybarın 19-da Qarabağda gücdən istifadə olunmasına çox mənfi reaksiyanın olduğu açıqdır. Zənnimcə, aydındır ki, heç kəs münaqişələrin güc yolu ilə həllini görmək istəmir. Və Avropa İttifaqı vasitəçi olub və dəfələrlə gücdən istifadə deyil, siyasi proses istədiyini deyib. Və məncə Qarabağ erməniləri ilə Bakı arasında nəhayət bir prosesin başladığına və bunu dinc yolla həll etmək üçün daha çox zamana ehtiyacın olduğuna dair bir inanc var idi. Amma sentyabrın 19-da gördüyümüz kimi hərbi gücdən istifadə olundu. Məncə mülki şəxslər arasında tələfat çox az idi, amma aydındır ki, yüzlərlə insan öldü və Qarabağdakı erməni əhalinin 99 faizinin kütləvi gedişini gördük. Ona görə də, məncə Avropa Parlamentində Azərabaycana qarşı çox mənfi reaksiyanın arxasında duran səbəb budur.

Amerikanın Səsi: Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçirlən görüşdə iştirka etmədi və Azərbaycan mətbuatında yer alan xəbərlər görə buna səbəb onun Türkiyənin danışıqlarda iştirakını tələb etməsi, Fransa və Almaniyanın isə bunu rədd etməsi olub. Aiz bu vəziyyətini necə dəyərləndirirsiniz və tərəflərin Aİ və ya ABŞ-ın vasitəçiliyi və ya başqa yollarla danışıqları bərpa edəcəyini gözləyirsinizmi?
Tomas de Vaal: Bəli, aydındır ki, Prezident ilham Əliyevin etirazı Almaniyadan çox əsasən Fransaya idi. O deyib ki,Fransa bir növ ermənipərəst bir aktyordur. Və bunu Azərbaycanpərəst aktyor olan Türkiyənin iştirakı ilə balanslaşdırmaq istəydirdi. Aydındır ki, bu, çətin diplomatik vəziyyətdir. Amma dediyim kimi, Azərbaycan təkcə Fransada deyil, digər Avropa paytaxtlarında, o cümlədən Almaniyada tənqid olunur və BMT-də ən sərt çıxışlardan biri Almaniya xarici işlər nazirinin nitqi idi. Yəni Prezident Əliyev hazırda Avropada populyar bir insan deyil, ona görə də, bəlkə də, Avropa liderləri ilə görüşdən yayınmaq üçün bir bəhanə axtarırıdı. Mən ümid edirəm ki, ən azından Əliyev, Paşinyan və Şarl Mişel arasında Brüsseldəki kimi üçtərəfli formatda görüşlər davam edəcək, çünki Bakı ilə Yerevan arasına həll edilməli olan çox mühüm məsələ var. Bölgədə vəziyyət hələ də olduqca qeyri-sabitdir. Ona görə də, ümid edək ki, ən azından üçtərəfli format davam edər.

Amerikanın Səsi: Azərbaycan rəsmiləri özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun keçmiş rəhbərlərini həbs ediblər. Bununla bağlı nə deyə bilərsiniz?

Tomas de Vaal: Bilirsiniz, bu, bir az narahatedicidir. Aydındır ki, Qarabağda müharibə cinayətləri törədən hər kəsin məsuliyyətə cəlb olunması istənilir. Və aydındır ki, cənab Harutyunyana qarşı ciddi ittihamlar var, məsələn 2020-ci il müharibəsində Gəncə və Bərdəyə raket hücumları kimi. Amma daha çox mülki funksiya yerinə yetirən insanlara baxanda, misal üçün keçmiş de-fakto xarici işlər naziri David Babayan və ya keçmiş prezident Arkadi Qukasyan, bu insanlar danışıqlara cəlb olunmuşdu. Onlardan bəziləri, Arkadi Qukasyan bilirəm ki, dəfələrlə Bakı ilə danışıqlarda iştirak edib. Ona görə də burada belə bir sual yaranır ki, bu insanlar nə üçün həbs olunur? Onlar uzun danışıqlar prosesinin bir hissəsi idi və belə görünür ki, Dağlıq Qarabağda siyasi rolları olduqlarına görə həbs edilirlər. Və məncə bu, ermənilərlə danışıqlar və ümumi ədalət mühakiməsi prosesi ilə bağlı çox yaxşı siqnal göndərmir. Şəxsən mən bu münaqişəyə ümumi beynəlxalq ədalət yanaşmasını görmək istərdim. Və maraqlıdır ki, Ermənistan indi Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur və bu da aydındır ki, Azərbaycan üçün problemdir. Bilirsiniz, bunların hamısı təkcə Bakıdakı məhkəmələrdə deyil, Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində həll oluna bilərdi.
Amerikanın Səsi: Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti cümə günü Rusiya sülhməramlı kontingentinin Qarabağdan çxarlmasını müzakirə etmək üçün Yerevana səfər edib. Sizin gözləntiləriniz nədir? Sizcə Rusiya sülhməramlıları bölgəni yaxın gələcəkdə tərk edəcəkmi? Onlara hələ də ehtiyac varmı?

Tomas de Vaal: BMT missiyasından bildiyimiz qədərilə, Qarabağda 1000-dən az insan qalır, bəlkə də onlarla. Amma aydındır ki, bəlkə də bu insanların bəziləri qayıtmağa və ya sahib olduqları əşyalarını almaq üçün müvəqqəti olaraq qayıtmağa çalışacaqlar, çünki çox sayda insan çox tələsik bir şəkildə sadəcə bir maşınla bölgəni tərk etdi. Ona görə də, Rusiya sülhməramlılarının hələ də bir rol oynaya biləcəyi bir çox məsələ var. Əlbəttə ki, onlar Azərbaycanın hərbi əməliyyatı zamanı heç nə etmədilər. Amma məncə bu, Moskva ilə Bakı arasında müzakirə olunmalı bir məsələdir. Məncə Yerevanın burada söz haqqı yoxdur. Biz bilirik ki, Ermənistanla Moskva arasında münasibətlər də getdikcə pisləşir. Yəni bu, Moskva ilə Bakı arasındakı danışıqlardan asılıdır. Moskva qüvvələrini orada saxlamaq istəyirmi və istəyirsə, Bakı ilə razılıq şərtləri nədir. Və əlbəttə ki, Moskvanın 2020-ci ildə imzalanan üçtərəfli razılığa əsasən qüvvələrini orada daha iki il saxlamağa haqqı var. Ona görə də mən onların tamamilə getməsinə təəccüblənərəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.