“Deyəsən, Paşinyan Putinə neçə dəfə zəng edib, kömək istədiyini unudub” – Stanislav Tarasov

7-10-2023, 14:24           
“Deyəsən, Paşinyan Putinə neçə dəfə zəng edib, kömək istədiyini unudub” –
“Roma Statutunun ratifikasiyası Paşinyan hakimiyyətinin edə biləcəyi sonuncu xuliqanlıq idi. Bizim strateji müttəfiqimiz olmayan bir çox dövlətlər Roma Statutunu ratifikasiya etməkdən imtina edir, lakin Ermənistan bu addımı atıb. Nikol Paşinyan vəziyyəti gərginləşdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “hraparak”a açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.

Politoloq Ermənistanın bu qərarını təhlükəli addım kimi qiymətləndirib:

“Bu, Vladimir Putinə qarşı konkret addım idi. Sərhədlərinda atəş açılanda Nikol Paşinyan Putinə neçə dəfə zəng vurub kömək istədiyini yəqin unudub. Ermənistanda qazın kəsilməsinə gəlincə, mən belə söhbət eşitməmişəm. Rusiya tərəfi Ermənistanın apardığı siyasətdən narazıdır, bunun münasibətlərimizə necə təsir edəcəyini deyə bilmərəm. Düşünmürəm ki, Rusiya belə bir addım atsın və Ermənistanı qaz təchizatından məhrum etsin.
Paşinyanın siyasəti nəticəsində Ermənistanın imici Rusiyada xeyli aşağı düşüb. Etiraf etməliyik ki, rus xalqı həmişə, hər zaman ermənilərə rəğbət bəsləyib. Son vaxtlar Rusiya tərəfi Qarabağ ermənilərinə rəsmi İrəvandan çox kömək edib. Ermənistanın Qarabağ erməniləri üçün heç nə etmədiyi bir vaxtda Rusiya addımlar atırdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.