İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır - bu özü də o tarixin qorunması deməkdir”

10-10-2023, 10:36           
İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır - bu özü də o tarixin qorunması deməkdir”
“İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.

O bildirib ki, İçərişəhərdə çoxlu mədəniyyət tədbiri həyata keçirilir:
“Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixin qorunma metodikasının digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir”.

Könül Cəfərli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru