Müharibənin sirləri açılır: HƏMAS özü də bu qədərini gözləmirmiş

10-10-2023, 12:32           
Müharibənin sirləri açılır:
“HƏMAS uzun müharibə ssenarisinə hazırdır”.

Cebhe.info xəbər verir ki, bunu HƏMAS-ın mühacirətdə olan yüksək rütbəli rəsmisi Əli Barake “Associated Press”-ə bildirib.

HƏMAS-ın İsraillə uzunmüddətli müharibəyə hazır olduğunu deyən Barake uzun müddət davam edəcək raket arsenalına malik olduqlarını qeyd edib. Onun sözlərinə görə, HƏMAS-ın götürdüyü girovlardan İsrail həbsxanalarında saxlanılan ərəblərin və ABŞ həbsxanalarından fələstinlilərin azad edilməsi üçün istifadə olunacaq:

"Biz bu müharibəyə yaxşı hazırlaşırıq və bütün ssenariləri, hətta uzun müharibə ssenarisini də həll etməyə hazırıq".

İllər boyu HƏMAS-ın Livandakı sözçüsü olmuş və hazırda digər Fələstin qrupları ilə koordinasiyadan məsul olan Barake bildirib ki, HƏMAS İsrail həbsxanalarında saxlanılan bütün ərəblərin və hətta həbsdə olan bəzi fələstinlilərin azad edilməsi üçün basqın zamanı ələ keçirilən çoxlu israillilərdən istifadə edəcək.

O, hücumun Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli komandirləri tərəfindən planlaşdırıldığını və hətta qrupun ən yaxın müttəfiqlərinin belə hücumun vaxtı barədə əvvəlcədən məlumatlandırılmadığını bildirib. O, İran təhlükəsizlik rəsmilərinin hücumun planlaşdırılmasına kömək etməsi və ya keçən həftə Beyrutda keçirilən görüşdə buna icazə verməsi barədə xəbərləri təkzib edib:

“ “X saatı” haqqında yalnız bir neçə HƏMAS komandiri bilirdi” .

O, hətta HƏMAS-ın da “Əl-Əqsa Fırtınası” adı verilən əməliyyatın miqyasından şoka düşdüyünü iddia edərək, İsraildən hücumun qarşısını alacağını və ya məhdudlaşdıracağını gözlədiyini bildirib:

"Biz bu böyük çöküşdən təəccübləndik. Biz müəyyən uğurlar əldə etməyi və onları dəyişdirmək üçün əsir götürməyi planlaşdırırdıq. Ancaq İsrail ordusu kağız pələng imiş”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.