3-cü dünya müharibəsi başlayır? - POLİTOLOQ DANIŞDI
11-10-2023, 10:13
İsrail-Fələstin münaqişəsinin tarixi dərin olsa da qarşıdırmanın hər an baş verməsi gözlənilən idi. Lakin HƏMAS-ın qəfil raket hücumuna başlaması “Nəyə görə məhz indi?” sualını meydana çıxarır. HƏMAS-ın hücumlarında İranın təqsirləndirilməsi, həmçinin digər böyük dövlətlərin də bu məsələyə müdaxiləsi üçüncü dünya müharibəsinin başlama ehtimalını da istisna etmir. İsrail və Fələstin arasında yaşanan toqquşmalar dolayı yolla Azərbaycana da təsir edə bilər?
Politoloq Qabil Hüseynli Referans.Az-a açıqlamasında bildirib ki, hazırda müharibə davam edən bölgə Azərbaycana yaxın olduğuna görə ölkəni də maraqlandırır.
“Heç bir dövlət istəməz ki, ona yaxın olan bölgədə müharibə səsləri, atəşlər ucalsın. Üstəlik İsrailə qarşı terror hücumları həyata keçirən HƏMAS-ın qonşu İran İslam Respublikası ilə ciddi əlaqələri var. İsrail bununla bağlı ciddi sürətdə İranı ittiham etməkdə davam edir. Hətta bəzən elə fikirlərə səsləndirilir ki, bölgədəki bu cür qarşıdurmaları birdəfəlik yox etmək üçün mütləq İranla məsələləri həll etmək lazımdır. Bir sözlə, İranın siyasi hakimiyyətini dəyişdirmək lazımdır. İran bizə yaxın qonşudur, orada 40 mindən artıq soydaşımız yaşayır. Bu səbəbdən də bu qarşıdurmanın Azərbaycanın yaxın sərhədlərində olan İrana qarşı mərhələsi ola bilərsə, bunun da bizə bu və ya digər formada zərbəsi dəyə bilər”
Politoloq bir çoxlarının artıq 3-cü dünya müharibəsinin başladığını iddia etdiyini də vurğulayıb.
“Bunu iddia edənlər isə Ukrayna-Rusiya müharibəsini, Yaxın Şərqdəki hadisələri, həmçinin Qarabağda erməni silahlıları tərəfindən törədilən terror əməliyyatlarını əsas gətirirlər. Əgər Ukrayna-Rusiya münasibətlərində gəriginlik həll edilərsə, dünyadakı qarşıdurma prosesləri xeyli səngiyər və nəticədə, dünya daha rahat nəfəs ala bilər”.