Brenda Şaffer: Bunun arxasında açıq şəkildə İranın izi var

11-10-2023, 09:38           
Brenda Şaffer:
Demokratiyaları Müdafiə Fondunda enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer Amerikanın Səsinə müsahibədə İsraildə və Qəzzada durum, İranın münaqişədə mümkün rolu və regionda daha geniş münaqişənin mümkünlüyü haqda danışıb.

Amerikanın Səsi: İsrail bazar günü Qəzza zolağında Həmas militanlarına qarşı müharibə elan edib. İsraildə və Qəzza zolağında hansı hadisələr baş verir? Vəziyyət necə gərginləşə bilər?

Brenda Şaffer: Vəziyyətin daha da pisləşəcəyi göz qabağındadır. Həmasın İsrailin cənubunda dinc israillilərə hücumu dövlət tərəfindən dəstəklənən terrorun bütün əlamətlərinə malikdir. Həmas tək başına belə həqiqətən mürəkkəb ordu yarada bilməzdi. Bunun arxasında açıq şəkildə İranın izi var və bilirsiniz ki, İran Hizbullahı şimal sərhədindən gətirərək, vəziyyəti gərginləşdirməyə çalışmaqda maraqlıdır. Son bir neçə həftə ərzində müxtəlif terrorçular, Livandan səddi aşmış İsrail vətəndaşlarının əlində çoxlu sayda bomba tapılıb. Deməli, İsrailin daxilində də bombalar var. Düşünürəm ki, İran xüsusilə ABŞ-da Bayden administrasiyası ilə son razılaşmadan sonra onlar İranda girov götürülən hər bir ABŞ vətəndaşı üçün bir milyard dollar aldıqlarına görə çox arxayındır və məncə, bu inamla onlar bunun onların nəzərində onların çəkindirmə qabiliyyətini və gücünü artıracaq regional bir müharibə olmasını istəyirlər.

Amerikanın Səsi: Ağ Evin yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib ki, İranın İsrailə qarşı hücumlarda əgər varsa, hansısa rolunun olduğunu söyləmək hələ tezdir. Sizcə, İran hansı səviyyədə buna cəlb olunub?

Brenda Şaffer: Mən əminəm ki, bu, sadəcə iştirak, dəstək və ya maliyyə deyil, əslində planlaşdırmadır. Buna bütün işarələr var. Məsələn, Həmasın bütünlüklə İsraildə panika yaratmaq üçün mediadan bir növ terror texnikası kimi istifadə etməyə hazır olduğu hibrid müharibə. Bunun birinci mərhələsi 8 hərbi postun elektronikalarını sıradan çıxarmaq idi ki, onlar bir növ kor və kar olsunlar və ünsiyyət qura bilməsinlər. Bu, hər bir amerikalı və ya müharibədə çox yüksək texnologiyalardan istifadə edən istənilən zəngin ölkəyə aiddir, çünki onlar elektronika ilə əlaqə kəsilən və kommunikasiyalar itən kimi tamamilə işlək vəziyyətdən çıxırlar. Əvvəlki illərdə olduğu kimi, insanların postda öz gözləri ilə baxıb və öz silahları ilə keşik çəkməsi və insanlara zəng etməsi, yəqin ki, bütün bu yüksək texnologiyalı nəzarətdən qat-qat təsirli olardı. Beləliklə, bu, bir çox yüksək texnologiyalı ordular və inkişaf etdirilən müasir texnologiya üçün böyük bir sual olacaq. Amma yenə də terror qruplaşması tək başına bəli, təəccübləndirə bilər, mülki bölgəyə çox zərər verə bilər, lakin əslində müharibə aparmaq üçün dövlət olmalıdır, dövlət tərəfindən dəstəklənən terror qruplaşması. Buna görə də İran terror qrupları ilə, Həmas, Hizbullah və hətta Azərbaycanda terror qrupları ilə belə uğur qazanıb. Belə görünür ki, onlar çox şeydən yaxa qurtara bilirlər, çünki əsl günahkarlar terrorçu qruplardır, lakin bütün dəstək, təlim, rəhbərlik İrandan gəlir. Amerika rəsmilərinin bunu söyləməsi çox xoşdur, lakin ironiya ondan ibarətdir ki, Həmas rəsmiləri artıq İrana yardıma görə təşəkkür edib və İranın onlara kömək etdiyini bildiriblər. Yəni, bu rəsmi bəyanatlarla hətta Həmasın İrandan dəstək aldığını dedikləri arasında böyük ziddiyyət var.

Amerikanın Səsi: Bunun regionun digər ölkələri və daha geniş bölgə üçün, Türkiyə və Azərbaycan kimi ölkələr üçün hansı təsirləri ola bilər?

Brenda Şaffer: Bilirsinizmi, ilk növbədə, İranın bu qədər güclü və arxayın olduğu bu vəziyyətə gəlməyimiz dünya ölkələri, o cümlədən ABŞ, Avropa ölkələrinin geosiyasi baxımdan düşünə bilməməsi ilə bağlıdır. Sonra da düşünürlər ki, Azərbaycan bizim tanıdığımız öz qanuni ərazisi üzərində öz suverenliyini təsdiq edir, Qərbin və İsrailin müttəfiqidir. Bununla belə, Ermənistan Rusiyanın üç bazasına ev sahibliyi edir və onun aviabazasına Rusiyaya silah göndərənn İranın müttəfiqi olan, İrana sanksiyalardan yayınmağa kömək edən Rusiya nəzarət edir. Amma mən bilmirəm, hansı səbəblərdənsə Qərbin müttəfiqini “avtobusun altına” atıb İranla, Rusiyanın müttəfiqi olan Ermənistanın tərəfində olmaq kimi daxili siyasi təzyiqlər var. Amma günün sonunda bu cür hərəkətlərin nəticələri olacaq.

Mən təbii ki, bu müharibənin genişlənəcəyinə inanıram və əlbəttə ki, İran bütün dünyada yəhudi və İsrail hədəflərini axtaracaq və təbii ki, bu yerlərdən biri də Azərbaycan olacaq. [İran]eləcə də Türkiyədəki yəhudi və İsrail hədəflərinə hücum etməyə çalışacaq. Aydındır ki, Türkiyə və Azərbaycan hökumətləri bunun qarşısını almaq üçün əlindən gələni edəcək, lakin bu, reallıqdır. Yeri gəlmişkən, mən inanıram ki, bu, təkcə israillilərə qarşı deyil, yəhudilərə qarşı müharibə olacaq. Demək istəyirəm ki, qəddarlığın səviyyəsini görürsünüz. Misirdə turistlərə qarşı kortəbii kimi görünən bu zorakılıq aktı, qadınlara qarşı zorakılıqlardan ilhamlanan insanlar var. Mənim fikrimcə, yəhudilərə və israillilərə qarşı hətta bütün dünyada kortəbii şəkildə hərəkətləri görəcəyik.

Amma düşünürəm ki, burada başqa məsələ də var və bu, 11 sentyabrdan bir qədər sonra və İŞİD-ə cavab verilən zaman gördüyüm bir şeydir. Türklərdən, azərbaycanlılardan, hətta mənim tanıdığım inanclı müsəlmanlardan gələn mesajlarda onlar kiminsə İslamın adını çəkib bir qadını zorlaya, kiminsə başını kəsə və ya uşağı əsir götürə bilməsini nə qədər ağrı hissi ilə qarşıladıqlarını bildirirlər. Xüsusilə də Azərbaycandan gələn mesajlarda. Azərbaycandan gələn belə bir mesaj axınına görə bu müsahibəyə vaxt tapdığım üçün sevindim. Mömin müsəlmanlar, məscidə gedən insanlar bilirlər ki, bu, İslamın onlara öyrədəcəyi son şeydir və insanlar öz dinlərindən sui-istifadə edirlər. Düşünürəm ki, bəlkə də qısa müddətdə bu, Həmas üçün, İran üçün böyük bir qələbədir. Lakin uzunmüddətli perspektivdə müsəlman dünyasında bir dəyişikliyin olacacağını və Qərblilərə və ya digər insanlara qarşı zorakılıq olduğu müddətcə buna tolerantlıq göstərməyəcəyini söyləyən bəzi ölkələr olacağını düşünürəm. Bəlkə də toleratnqlıq göstərilə bilərdi, amma məncə, onlar başa düşürlər ki, bu, digər insanlar kimi müsəlmanlar üçün də fundamental problemdir və bu, belə olmalıdır. Fikrimcə, hətta bəzi rejimlər daxildə təhlükəsizliyi qorumaq üçün ekstremistlərə qarşı o qədər də şiddətli mübarizə aparmamağa çalışsalar belə bunun hamı üçün təhlükə olduğu ilə bağlı fundamental anlayış var. Mən əksəriyyəti müsəlmanlar olan ölkələrdə, cəmiyyətlərdə gedib əsir qadınları zorlaya bilən birinin evə gəlib çox gözəl ailə üzvü ola biləcəyinə inandıqlarına şübhə edirəm. Buna görə də düşünürəm ki, bu, sanki yeni dünyanın düşüncəsində bəlkə də bir oyanış kimidir. Yəni, məsələn, bilirsiniz ki, Azərbaycan 27 il ərzində müəyyən mənada sülh prosesini sınaqdan keçirib, Minsk qrupununun vasitəçiliyi, danışıqlara cəhd edib, BMT-nin qətnamələri olub. Mən bəzən beynəlxalq qurumların bir qədər sadəlövh olduğunu düşünürdüm, amma bu, belə deyil. Onlar əsasən hər cür maraqları əks etdirir, lakin öz qərarlarını həyata keçirə bilmirlər, bunu etmirlər. [Azərbaycan] müəyyən mənada beynəlxalq qurumların sizdən istədiklərindən uzaqlaşmalı və BMT qətnamələrini təkbaşına həyata keçirməli oldu. Və əslində, Azərbaycanın son raund da daxil olmaqla gördüyü işlər təkcə sülhə şans verməyəcək, həm də regionun Rusiya və İrandan asılılığını azaltmaq şansı verəcək. Bu, əslində, hətta Ermənistana bəlkə də Rusiya və İrandan hansısa formada siyasi müstəqillik əldə etmək üçün ilk şans verə bilər. Amma sadəcə olaraq münaqişəni davam etdirmək yolunu tutaraq, Minsk qrupunun görüşləri, və başqa sammitlərlə cavab olmadı.

Dünən öldürülən insanların böyük qrupu gənclər idi, onlar sülh festivalına gəlmişdilər. Dünyanın hər yerindən gənclər Qəzza ilə sərhəddə rəqs edib, musiqi ifa edib, sülh mahnıları oxumaq üçün gəliblər. Onlardan 250-i qətlə yetirildi, sözün əsl mənasında qırğın törədildi. Bəzilərinin əlləri bağlanmış idi, yəni artıq müqavimət göstərmək və ya qaçmaq iqtidarında deyildilər. Onlara işgəncə verildi, sonra da onlar öldürüldülər və ya cəsədləri təhqir edildi. Bu gənclər gəlib sülhə çağırırdılar. Amma həqiqətən də dünyada bölünmə müşahidə edilir. Baxın, İsrailin özünü saxlamalı olduğunu deyənlər var, eyni zamanda, bunun qırılma xətti olduğunu başa düşənlər də var. Və əgər bu davranışa tolerantlıq göstərilirsə, bu gün bu İsrailə qarşı olursa, ertəsi gün bu, Yaxın Şərqin digər ölkələrinə qarşı da ola bilər. Bu, davam edir və hətta bölünmələr müşahidə edirik. Məsələn, ABŞ Konqresinə baxsanız Co Bayden kimi daha ənənəvi demokratlar, daha çox 60-70 yaşlarında olan yaşlı senatorlar İsrailə qeyd-şərtsiz dəstək göstərirlər. Lakin Demokrat Partiyasının sol qanadı, proqressivlər isə “hamı əziyyət çəkir” deyir. Onlar əsas etibarilə Həması qınamırlar. İnsanların bu hadisəyə cavab olaraq necə davrandıqları burada aydın bir qırılma xəttidir. Bu, təhlükələrin harada olduğunu və nə edilə biləcəyini başa düşməyinizdə aydın bir ayrılma nöqtəsidir.

Amerikanın Səsi: Sizcə, müharibə uzun müddət davam edəcəkmi?

Brenda Şaffer: Bəli, bu hələ bitməyib. Düşünürəm ki, bu, yəqin ki, birinci mərhələdir. Bilirsiniz ki, ümumilikdə hər zaman müəyyən siyasi aksiyalar olur. İnsanlar dərhal cavab istəyirlər. Yəqin ki düzgün olan müvafiq hökumətlərin sadəcə bir növ sürətli fəaliyyət deyil, həqiqətən də təsirli olan tədbirləri planlaşdırmasıdır. Əminəm ki, onlar hər şeyi sinxronlaşdırırlar. Bilirsiniz ki, mediada verilən məlumatlara görə, Qəzza zolağında əsir düşənlər arasında 30-a yaxın Amerika vətəndaşı var. Deməli, bu, Amerikanın bu işə birbaşa cəlb olunması ehtimalını yaradır. Böyük Britaniya vətəndaşları var, Avropa vətəndaşları var, bilirsiniz ki, öldürülən qızlardan biri də Almaniya vətəndaşıdır. Deməli, bu hökumətlər kənara çəkilmək istəsələr də həqiqətən bunu edə bilməzlər. Söhbət onların vətəndaşlarından gedir. Mən həmçinin hesab edirəm ki, bu, ənənəvi medianın mərkəzində duran əsas dayaq nöqtələrindən biri ola bilər. Çünki ənənəvi media bu baxımdan heç nə təklif edə bilməyib, münaqişə tamamilə maraqsız, məlumatlar etibarsız və proqnozlaşdırıla bilir, eyni formullara qayıdırlar. Təbii ki, sosial media dezinformasiya və saxta informasiya ilə doludur. Əslində bu, Həmasın işgəncə və zorlama və buna bənzər şeylər etdikdə çox qürur duyduğuna görə təhqirləri İŞİD-in bizim görmək istədiyi bir hadisə olaraq deyil, canlı gördüyümüz bəlkə də ilk müharibədir. Demək istəyirəm ki, burada sosial mediada həqiqətən də işgəncələr və təhqirlər insanlara məncə, əvvəllər mediada həqiqətən görmədiyimiz bir səviyyədə çatdırılır. Düşünürəm ki, bitməkdən çox uzaqdır və hər iki tərəf üçün də belədir.

Həmas və İranın burada çox təkmilləşdiyini hesab edirəm. Əminəm ki, onlar bu gün Tehranda özlərini çox yaxşı hiss edirlər və onların ikinci, üçüncü planları var. Onlar bilirlər ki, onlara hücum olsa, gedib quruda əməliyyat aparacaqlar, bunu şimalda edəcəklər. Deməli, onlar bütün bunları bilirlər və əminəm ki, onlar planlar qurublar. Bunun uzunmüddətli perspektivdə fəlakətli nəticələri olacağını düşünürəm. Amma hesab edirəm ki, İsrail tərəfində də bütün qaydalar pozulub. Belə ki, əvvəllər İsrail BMT qətnamələri və ya medianın reaksiyalarından bu narativdən narahat olurdusa, bu, narrativi bilirsiniz. Yəni, fikrimcə, bu, Azərbaycanın Xankəndində son antiterror əməliyyatında suverenliyini bərpa etdikdən sonra baş verənlərə bənzəyir. Bəlkə də dünyanın yarısı, media Azərbaycanı qınadı. Azərbaycan hökuməti bunu tamamilə sakit qəbul etdi, çünki bilir ki, düzgün iş görüb. Bu, region üçün ən yaxşı şeydır. Bu, Azərbaycan üçün ən yaxşı, əslində, əvəll dediyim kimi, bu, ABŞ və Qərb üçün ən yaxşı şeydir.

İsrail hökuməti açıq şəkildə bildirib ki, bu qaydalar ümumiyyətlə terrorçu gördükləri yerdə tətbiq olunur. Buna görə də əgər bir terrorçu evinizə, məktəbinizə, xəstəxananıza girib sizdən canlı qalxan kimi istifadə edirsə, siz bilirsiniz ki, o zaman ya oranı tərk etməlisiniz, ya da terrorçularla eyni taleyi paylaşmalısmalısınız. Bu, hələ bitməyib və bilirsiniz ki, 100-ə yaxın insan hələ də Həmas əsirliyindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.