"30 min vergi borcu ödəməyəcəyəm, nə istəyirlər etsinlər"- Abbas Bağırov (MÜSAHİBƏ)
27-07-2016, 21:35
Tanınmış müğənni Abbas Bağırov sosial şəbəkədə vergi orqanlarını ona qarşı qərəzli mövqe tutmaqda ittiham edib. Vergilər Nazirinin müavini Sahib Ələkbərov müğənni Abbas Bağırovun iddiaları böhtan adlandırıb. Müğənninin iddia edib ki, vergi əməkdaşları sübutsuz və heç bir hesabat aparmadan 30 min manat vergi borcu yazıblar.
Abbas Bağırov bütün bu olaylarla bağlı Unikal.org-a qısa müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Abbas bəy dünən açıqlama verdiniz ki, siz vergi əməkdaşının toyuna getmədiyiniz üçün 30 min manat cərimə yazıblar. Nazirlik isə bunun böhtan adlandırdı. Bu barədə nə deyə bilərsiz?
-Mən "instagram" səhifəmdə bu barədə açıqlama vermişəm. Özünüzdə gördünüz. Sadəcə olaraq vergi orqanları bir şeyi başa düşməlidirlər ki, ilin 12 ayı toy olmur. Bunun 3 ayı məhərrəmlik, bir ayı Ramazan, may ayında heç kim toy eləmir, yay aylarında da toy edən olmur. Musiqiçi belə olan halda nə ilə dolanmalıdır? Klipin nə ilə çəkməlidir? Musiqi aləti qırılanda və yaxud xarab olanda bunu hansı pulla təmir etməlidir? Vergilər Nazirliyi bir şeyi başa düşmür ki, əgər Abbas Bağırov 10 min manata toya gedirsə bu məbləğin hammısını cibinə qoymur. Bu pulun xeyli hissəsini musiqiçilərə verirəm və digər qalan məbləğlə də başqa xərcləri ödəyirəm. Bunlar sadəcə belə şeyləri hesablamırlar. Ona görə də, bu mənim qəzəbimə toxunur.
-Vergilər Nazirinin müavini Sahib müəllim açıqlamasında bildirdi ki, siz 2004-2006-cı illərdə, 2010-2014-cü illərdə ümmumiyyətlə vergi ödəməmisiz. Ödədiyiniz illərdə də məbləğ çox azdır. Bəs bu illərdə siz toylara getmirdiniz?
-Ödəmədiyim vaxtlarda işim olmayıb və yaxud da xaricdə olmuşam. Ümumiyyətlə mən o illərdə Türkiyədə olmuşam. Klip çəkilişləri ilə bağlı getmişdim, yox idim Azərbaycanda. Siz Azərbaycanının 99 faiz, Bakının 98 faiz şadlıq evlərinə müraciət etsəniz onlar deyəcəklər ki, Abbas bizə toya gəlmir. Mən ümumiyyətlə Bakı şəhərində 98 faiz toylara getmirəm.
-Özünüz getmirsiz yoxsa çağırmırlar?
-Xeyr. Bunu özüm istəmirəm.
-Onda belə çıxır ki, ən çox qazancınız xarici ölkələrdəndir?
-Xeyr. Mən xaricədə toylara getmirəm.
-Bəs necə dolanırsız? Hansı pulla klip çəkdirirsiz?
-Dolanışıq heç nə, mən dünyanın pulunu qazana bilmərəm ki! Az qazanıram. Amma öz əsəblərimi və səhətimi qoruyuram. Öz sənətimin də üzərində işləyirəm. İşim ancaq toylarla bitmir ki?
- Vergilər Nazirliyi deyirsiz ki, sizi 30 min manat cərimə yazıb. Bunu ödəyəcəksinizmi?
-Yazsın. Fikirləşmirlər ki, bu adam bu pulu nə ilə verəcək? Onlar bunu fikirləşmirlərsə mən niyə fikirləşməliyəm?
-Onda belə çıxır ki, siz vergi borcunuzu ödəmyəcəksiniz?
-Xeyr. Əlbəttə ödəməyəcəm. Bu məbləği hardan verəcəm? Niyə verməliyəm?
-Siz bilirsiniz ki, vergi borcunuzu ödəmədiyiniz halda məsuliyyət daşıyırsız?
-Mənim vergi borcum yoxdur. Bunu necə sübut edəcəklər ki? Gəlsinlər, bunu mənə sübut etsinlər. Onlar kameral olaraq özbaşına hesablayıblar. Mənim heç nə də günahım yoxdur. Nə istəyirlərsə, eləsinlər. Mənim günahım olmadığı təqdirdə heç nəyi üzərimə götürə bilmərəm.
-Bəs toya getdiyiniz zaman verginizi necə hesablayırsız?
-Mən vergini öz hesablamamla aparıram. Onlara görə hesablama apara bilmərəm və buna imkanım da çatmır.
-Abbas bəy hazırda gün ərzində neçə toya gedirsiz?
-Toy? İndi yay ayıdı. Toy var? Yay ayında mənim toylarım olmur.
-Bəs əyləncə mərkəzlərinə konsertlərə çağırılmırsınız?
-Mən əyləncə Mərkəzlərində də oxumağa getmirəm.
-Nəyə görə?
-Bu mənim öz qərarımdı. Mən əyləncə mərkəzlərində oxumuram.
-Allah işinizi avand eləsin!
-Çox sağ olun.