Xalq artisti Nazpəri Dostəliyeva canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO

24-04-2024, 15:34           
Xalq artisti Nazpəri Dostəliyeva canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva canlı yayımda kövrək anlar yaşayıb.

Oxu.Az xəbər verir ki, “Qonaqcanlı” verilişində efirə qoşulan tamaşaçılardan biri sənətçiyə ”Səhnə sənət üçün, sənət də sənətkar üçün darıxır. Bəs sənətkar nə üçün darıxır?” sualını ünvanlayıb.

“Mənim də içimdə bir darıxdığım var. Əlbəttə ki, səhnə üçün də, məni sevənlər üçün də darıxıram. Az bir müddətdə bacardığım qədər özümü səhnəyə çatdıra bilirəm. Amma içimdə elə bir darıxdığım an olur ki, ona çata bilmirəm. Və darıxıram”, - deyə o söyləyib.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın üç il öncə oğlu Əli, ötən il bacısı Zeynəb Dostəliyeva həyatdan köçüb.
Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru