“Kinostudiyada əsl brilliant da olub, onu oğurlayıb yerinə adi şüşə qoyublar” - ŞOK İDDİA

23-05-2024, 17:11           
“Kinostudiyada əsl brilliant da olub, onu oğurlayıb yerinə adi şüşə qoyublar” - ŞOK İDDİA
“İndiki dövrdə Azərbaycan kinosunun pis vəziyyətə düşməyinin obyektiv və subyektiv səbəbləri var. Ola bilsin ki, sənətkarlar dünyasını dəyişsin, yeniləri gəlsin. Amma sənətkar rəhmətə gedə bilər, sənət isə ölə bilməz. Ədəbiyyatda da, musiqidə də tənəzzül, inkişaf dövrü olub. Biz bu gün kinomuzda tənəzzül dövrünü yaşayırıq, amma dövlətimiz, nazirliyimiz hamı bir komanda kimi işləyir ki, bu vəziyyətdən çıxaq, Azərbaycan kinosu əvvəlki kimi məhsuldar işləməyə başlasın. Bu istəyi görürəm və məndə ümid hissi yaranır”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib. O daha sonra “Azərbaycanfilm” kinostudiyasının vəziyyətindən də danışıb.

“Kinostudiyada rekvizitlər içərisində əsl brilliant da olub. Bilirsiniz necə? Sovet vaxtı kiminsə mülkünü müsadirə ediblər. Adam oğurluq edib, dövlətin malını yeyib. Ondan çıxan zinət əşyalarını veriblər kinostudiyaya ki, filmlərdə istifadə etsinlər. Onu da oğurlayıb yerinə adi şüşə qoyublar. Belə şeylər də olub. Siz təsəvvür edin, insanın malı məcəllə üzrə müsadirə olunub, heç kim ordan heç nə götürməyib. Sonra elə oldu ki, kinostudiya yiyəsiz qaldı, başqa mənzərə yarandı”, - deyə sənətkar deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.