“Mühasirədə qalmış Rusiya hərbçiləri ağ bayraq qaldıracaqlar... - Başqa yolları yoxdur...”

17-06-2024, 16:16           
“Mühasirədə qalmış Rusiya hərbçiləri ağ bayraq qaldıracaqlar... - Başqa yolları yoxdur...”
“Məlum olduğu kimi, iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyində çıxış edən işğalçı diktator Vladimir Putin bildirib ki, o, aşağıdakı “sülh” planını təklif edir - Kiyev öz qoşunlarını Xerson, Zaporojye bölgələrindən, o cümlədən, Donbas ərazisindən çıxarmalıdır. Həmçinin, onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olmamalıdır. Putin qeyd edib ki, Kiyev bu şərtlərlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq və sülh danışıqları başlayacaq. Hesab edirik və inanırıq ki, bu gün bizimlə ultimatumla danışan Rusiya özü bu və ya digər formada gec-tez savaşı dayandırmaq və uduzmaq məcburiyyətindədir. Ukraynaya edilən yardımlar barədə hamınızın məlumatı var. Və hələ bu son deyil. İyunun sonuncu ongünlüyndə Avropa Birliyi ilə gedən danışıqlarda yeni paketlər açıqlanacaq. Və iyul ayının 15-də isə NATO-nun 75-ci yubiley sammitində əlavə daha 40 milyardlıq yardım paketindən bəhs ediləcək. Yalnız ABŞ-ın Konqresin qərarıyla Ukraynaya 61 milyardlıq yardım paketi ayırması da məlumdur. Bundan əlavə, Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitləri hesabına da ilkin mərhələdə 50 milyard dollar ödəniləcəyi gözlənilir. Bu günlərdə ABŞ-ın vitse-prezidenti xanım Kamala Xarris daha bir əlavə yardım paketi açıqladı. Hər bir Avropa Birliyi və NATO üzvü olan ölkənin özlərinin ayrıca yardım paketləri var”.

Moderator.az xəbər verir ki, bunları özünün “You Tube” kanalında öncə Qurban bayramı münasibəti ilə dinləyiciləri təbrik edən hərbi-siyasi ekspert Elxan Nuriyev söyləyib.

“Ukraynaya silah-sursat və texnikalar gəlməkdə davam edir. Və deyim ki, Cenevrədə 100 ölkənin nümayəndəsinin (92 dövlət və 8 təşkilat) qatıldığı Sülh sammiti günlərində bu proses daha da intensivləşib. Bu da müharibədə dinamikanın dəyişməsinə birbaşa xidmət edir. Ukrayna ilə bağlı beynəlxalq dəstəyi, bu istiqamətdəki kütləvi tədbir və görüşləri II Cahan savaşında sonda dünya birliyinin Hitler faşizmi üzərində qələbəsini təmin etmiş təxminən belə bir sıralanma ilə müqayisə etmək olar: Tehran-43, sonra Yalta toplantısı, ardınca müttəfiq qüvvələrin 1944-cü il iyulun 5-də Normandiyaya desant çıxarması və s. Hesab edirəm ki, hazırkı qlobal hadisə və proseslər də oxşar ssenari ilə Ukraynanın və azad, demokratik dünya birliyini Putin faşizmi üzərində qələbəyə aparır”, - deyə davamında şərhçi bildirib.

“Qurban bayramı əhval-ruhiyyəsini daha da artırmaq üçün döyüş əməliyyatları barədə də sevindirici xəbərlər verəcəm. Onu da qeyd edək ki, bizi izəyənlər bir qayda olaraq, haqqın yanında olmağa çalışan, azadlıqpərəst, demokratiya tərəfdarı olan insanlardır. Və çox sevinirik ki, Azərbaycan xalqının mütləq əksəriyyyəti, ən azı 80 faizindən çoxu məhz bu düşüncədədir...

Yadınızdadırsa, ötən həftə ABŞ onun göndərdiyi silahlardan “Azov” alayına verilməsi ilə bağlı icazə vermişdi. Nəticədə həmin silahlarla döyüşə atılan “Azov” alayı iyunun 15-i axşamadək Luqansk vilayətindəki Serebryansk meşələrinin “Zakaznik” deyilən 107 hektarlıq strateji cəhətdən çox əhəmiyyətli ərazisindən düşməni tamamilə qovub çıxarıb. Həmin yüksəklik həm Pokrovsk-Liman, həm də Kupyansk-Slavyansk istiqamətindəki yollara, həm də Seversk çayına nəzarət, həmçinin yeni azad edilmiş Kreşiyevka kəndindən Donbasın digər ərazilərinə nəzarət üçün bir platsdarm yaratmaq imkanı verir. Bu mənada “Azovun” bu əməliyyatı çox uğurlu hesab edilə bilər...

Bunlar hamısı Ukrayna ordusunun yeni silahlar alması və onlardan mümkün qədər səmərəli istifadə edə bilməsinin göstəricisidir. Öz şəxsi əlaqələrim hesabına əldə etdiyim məlumatlara görə, yeni silah-sursatlar yalnız 4 gündür ki, Ukrayna hərbçilərinə çatıb. Onu da deyim ki, bu ilin fevral-mart aylarında Ukrayna Silahlı Qüvvələri çox gərgin artilleriya sursatı böhranı yaşadı. Elə günlər oldu ki, Rusiya ordusunun təminatıyla nisbət 12:1, hətta bəzən 15: 1 oldu. O günlərdə yaxından tanıdığımız minaatan divizyonlarından birinin komandiri bizə deyirdi ki, əlacımız “Molotov” kokteylərinə qalıb... Düzdür, bu gün də canlı qüvvə və silah-sursat sarıdan Rusiya yenə üstündür. Amma silah, texnika və texnologiyalrın, əməliyyatların keyfiyyəti, motivasiya, döyüş fədakarlığı sarıdan Ukrayna öz üstünlüyünü qoruyub saxlayır...

Daha bir sevindirici xəbər... Xarkov şəhərindən təxminən 70 km məsafədə yerləşən Volçansk şəhəri uğrundakı döyüşlərdə düşmən geri oturdularkən “Aqreqat zavodunda hərbi hissələrindən biri mühasirəyə düşüb. Artıq 3-cü gündür ki, mühasirədədirlər. Rusiyanın digər birləşmələri onları qoyub qaçıblar. Sadəcə, guya dronlarla onlara çörək, ərzaq yollayırlar. Yəqin ki, mühasirədə qalmış Rusiya hərbçiləri ağ bayraq qaldıracaqlar, çünki başqa yolları yoxdur. Beləliklə, Ukrayna ordusunun uğurları davam edir və inşallah, sizlərə daha sevindirici xəbərlər çatdıracağıq”, - deyə hərbi eskpert vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.