Arif Əliyev: "Heydər Əliyev Elçibəylə görüşdən sonra onun psixoloji portretini yüz faiz cızmışdı"

20-06-2024, 11:18           
Arif Əliyev: "Heydər Əliyev Elçibəylə görüşdən sonra onun psixoloji portretini yüz faiz cızmışdı"
Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev öz gözləri ilə gördüklərindən danışır.

O, Səadət Akifqızının suallarını cavablandırıb.

Videoya YouTube kanalımızda baxın.

Video müsahibənin ilk hissəsində Arif Əliyev müstəqilliyin ilk illərində, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Rusiyanın Azərbaycana təzyiqlərindən danışıb.

"Mən Kazimirova dedim ki, axı siz adam kimi demirsiniz ki, nə istəyirsiniz?", - Arif Əliyev Rusiya rəsmisinə dediklərini xatırlayır.

Onun sözlərinə görə, Rusiya o vaxtı hər şeyi, hakimiyyəti istəyirmiş.

Arif Əliyev həmçinin Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanda hakimiyyətə Heydər Əliyevin gətirilməsi iddialarından da danışıb.

Onun sözlərinə görə, Əbülfəz Elçibəyin Heydər Əliyevlə təkbətək görüşündə ikinci Prezident Elçibəyin "psixoloji portretini 100 faiz özü üçün cızmışdı".

"Demokratiyada böyük uğursuzluq oldu, amma Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi vəzifəsini həyata keçirdi", - Arif Əliyev deyib.

O, Əbülfəz Elçibəyin prezidentlik postunu tərk edib Naxçıvana, Kələki kəndinə getməsindən, özünün bir müddət orada Prezidentin yanında çalışmasından, cənab Elçibəyin oradan siyasi proseslərdə iştirakından danışıb.

Arif Əliyev həm də Azərbaycan tarixində "iyun hadisələri" kimi yadda qalan Sürət Hüseynovun hərəkətlərindən, hakimiyyətdə onun fəaliyyəti barədə qərarsızlıqlardan və dövlətin Gəncədə baş verən hadisələrə reaksiyasından da bəhs edib.
Səadət Akifqızı, İlkin Həsənov
Vəzifə,BBC News












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.