"Hamı YAP-ın siyahısını gözləyir" - Ekspert
1-07-2024, 18:45
"Hazırda hər kəs Yeni Azərbaycan Partiyasının siyahısını gözləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında şiyasi şərhçi Qulamhüseyn Əlibəyli seçki əhval-ruhiyyəsinin hiss olunmamasının səbəblərindən izah edərkən deyib.
Onun fikirincə, YAP-ın siyahısı açıqlanandan sonra seçki prosesində fəallıq hiss olunacaq:
"Həmin siyahıya müvafiq olaraq şəxslər öz namizədliklərini irəli sürəcəklər, dairələrini müəyyənləşdirəcəklər. Bəzi namizədlər var ki, hakimiyyətdən təklif gözləyir. Belə adamlar da ola bilər. Hər halda görünən mənzərə ondan ibarətdir ki, cəmiyyətdə böyük passivlik var. Faktiki olaraq seçki havası hiss olunmur. Hesab edirəm ki, YAP siyahısını açıqlayan kimi seçki prosesində aktivlik artacaq".
Siyasi şərhçi bu günün seçki prosesini 2000-2005-2010-cu illərlə müqayisə edib:
"Həmin dövrdə aktivlik daha çox idi. Sonrakı dövrlərdə aktivlik müəyyən passivliklə əvəz olundu. Çoxları gözləmə mövqeyi seçdi. Bunu müxtəlif səbəblərlə əlaqələndimək olar".