FETÖ-yə mane olmağa çalışan zabitlərin başına mütləq nəsə gəldi

7-09-2016, 12:12           

FETÖ-yə mane olmağa çalışan zabitlərin başına mütləq nəsə gəldi
Türkiyə Dəniz Qüvvələrinin admiralı Özden Örnek “Sözcü” qəzetinə müsahibə verib.
Admiral Özden Örnek 2011-ci ildə Balyoz sui-qəsdində iştirakda ittiham edilərək həbs edilib. Təxminən, üç il həbsdə qalan admiral daha sonra çevrilişdə ittiham olunaraq 20 illik cəzaya məhkum edilib. Lakin 2014-cü ildə Konstitusiya Məhkəməsi tərəfindən ona bəraət verilib.

15 iyun gecəsi hardaydınız?

Evdə film izləyirdim. Oğlum İstanbuldan zəng vurub “Ata, əcaib hadisələr baş verir” dedi. Elə həmin vaxt televizorda bir-iki ad sadalandı, onları görən kimi “bu – çevrilişdir və imam çevrilişidir” dedim.

Fetö çevrilişi gözlənilən idimi?

Fətullah 1980-ci illərdən bəri iqtidara gəlmək istəyir. O vaxtlar demişdi ki, Ədliyyə, Ordu və Mülki. Onlar bir növ missioner vəzifəsini üzərlərinə götürmüşdülər, Türkiyəni İslam Dövləti halına salmaq istəyirdilər.

Bu günkü vəziyyətə necə gəldik?

2012-ci ilin fevral ayında baş verən MİT böhranına qədər Ədalət və İnkişaf Partiyası- AKP ilə müttəfiq olaraq gəldilər. 2010-cu ilin 12 sentyabr referendumu FETÖ-çu məhkəmə məmurlarının işini asanlaşdırmaq üçün keçirilmişdi. Sədullah Ergin baş nazir Erdoğana zəng edir, “Ali Məhkəmə üçün bu siyahı gəldi, onların əksəriyyəti fətullahçılardır” deyir. Ərdoğanın cavabı belə olur: “Qibləmiz eynidir”. Bu söhbəti yazan və üzə çıxardan da FETÖ-dur.

Amma yolları ayrıldı.

2012-ci il fevralın 7-də Hakan Fidan hadisəsilə yolları ayrıldı. FETÖ 7 fevral zərbəsi ilə MİT-in rəhbər heyətini ələ keçirmək istədi. Baş nazir də bunu gördü. O tarixdə baş nazirin başı qarışıq olsa, ya da əməliyyatda narkoz altında yatsaydı, Fidanı həbs edəcəkdilər və biz bügünkündən daha pis vəziyyətdə olacaqdıq. 7 fevral, yolların ayrılmasının başlanğıcıdır.

TSK niyə özünü qorumadı, qoruya bilmədi?

Zabitlərin bir qismi qorxdu, çünki FETÖ-ya mane olmağa çalışan hər zabitin başına nəsə bir iş gəldi. Ali Hərbi Şurada AKP-nin ilk dəfə qatıldığı toplantıda biz bir çox zabit və kiçik zabitləri istefaya göndərdik, hamısına iş verdilər. Başa salmağa çalışdıq, “bunlar camaatın üzvləridir, başqalarından əmr alırlar” dedik, inanmadılar. Təxris etdiklərimizin hamısına AKP bələdiyyələrində iş verdilər.

Gülən müstəqil adamdır, yoxsa arxasında “ağılverən”i var?

Gülənin, özünü bu işə həsr etmiş və çox yaxşı təlim görmüş bir komandası olduğunu düşünürəm. “Ağılverən” məsələsinə gəlsək, burda MKİ nəzərdə tutulur. Mən komandir olduğum zaman- 2004-cü ilin yanvar ayında bir qovluq gəldi. Vaşinqtonda bir düşüncə təşkilatının təşkil etdiyi seminarın broşürü idi. Seminarın mövzusu “Genişləndirilmiş Orta Şərq və Şimali Afrika” idi. Onların arasında Türkiyə də vardı. Seminarın yekun hesabatında belə deyilirdi: “Bu ölkələrin hamısında rejim dəyişikliyinə ehtiyac var, bu dəyişikliyə başlayaq”. Yaxşı, bu rejimlər necə dəyişdiriləcək? Seminarda bu barədə də danışmışdılar: “Yerli güclərdən istifadə edəcəyik”. Türkiyədə istifadə olunacaq yerli güclərin nədən ibarət olduğu da açıqlanmışdı: “Fətullah Gülən Hərəkatı”. Baxın, hələ 2004-cü ildə. Hər şey bu qədər açıqdı. Mən həmin bröşür haqqında bütün səlahiyyətli instansiyalara məlumat verdim.

ABŞ, Gülən hərəkatından istifadə etdi, yoxsa bilavasitə özü onun toxumunu əkdi və özü qurdu?

Bu barədə bir söz deyə bilmərəm, amma 1980-ci illərdən bəri ABŞ “Yaşıl Ərazi” layihəsini reallaşdırmağa çalışır. 100% əminəm ki, o seminarda Gülənin adı açıq-aşkar çəkildiyinə görə ABŞ Güləndən elə o vaxtdan istifadə edirdi.

"Ali Hərbi Şurada, vəzifədən qovduğumuz hərbçiləri AKP bələdiyyələrində yenidən işlə təmin etdilər"

Hökumət bundan xəbərdar idimi?

Bunu deyən kimi hamı sizə 28 fevralı xatırladacaq. 28 fevral – bir səhv idi, ancaq Fətullah Gülən hərəkatını dəstəkləyən səhv deyildi. Gülən daha çox 1990-lardan 2000-ci illərə qədər hər yerdə inkişaf etdi, yayıldı. Bütün siyasətçilər- sağ da, sol da bunu bildiyi halda özlərini görməməzliyə vurdular.

Türkiyədə daha çox demokratiya olsaydı, bu problem həll olunardımı?

Çox vacib bir sualdır! Fərz edək ki, hökumətin içində 10 min fətullahçı var. Bunu öyrənəndən sonra təmizləmək çətindir. Bəs neynəməlisiniz? O rəqəmin 10 minə çatmasına imkan verməməlisiniz. Bir aslan çıxdı: Nuh Mete Yüksəl, Gülən hərəkatının terrorçi kimi mühakimə edilməli olduğunu göstərən iddianamə yazdı. Nəticəsi necə oldu? Yüksəl, bir kasetlə bu işdən ayrılmağa məcbur qaldı, heç bir siyasətçi onun arxasında dayanmadı. Bu - ilk kaset sui-qəsdi idi. Ardınca Baykal, MHP… Həmişə eyni üsuldan istifadə edirlər. Zaman keçdikcə FETÖ daha da möhkəmləndi. 2006-cı ildə AKP hökumətinin qanunlara etdiyi düzəliş sayəsində də həmin cinayət işindən bəraət aldı.

Sizcə, bunu niyə elədilər?

AKP 2001-ci ildə quruldu, 2002-ci ildə erkən seçim keçirildi. Həmin vaxt AKP hazırlıqsız idi – əlində pul yox, kadrlar yox, hökumətdə dəstəkçiləri yox idi. Gördülər ki, bunların hamısı Güləndə var, ona görə də onlarla əməkdaşlıq etdilər, bir az da buna məcbur qaldılar. Elə o vaxtdan bəri əslində bir kresloda iki nəfər otururdu. Və bu hal vəziyyət qarışana qədər davam etdi.

Davudoğlu, ya da Gül mühakimə olunsa, təəccüblənərsiniz?

Qətiyyən təəccüblənmərəm. Və məncə, onlar mühakimə olunmalıdırlar. Elə belə də yaza bilərsiniz!

AKP iqtidarının ilk illərində “Fətullah Gülənin təşkilatı ilə mübarizə aparacağıq” deyən bir MGK sənədində Ərdoğanın imzası varmı?

Var. O toplantıda mən də iştirak etmişəm. 2004-cü il iyul ayının sonları idi. Ali Baş komandan Hilmi Özkök orda dedi ki: “Əgər bir tədbir görməsəniz, bunun axırı fəlakət olacaq!” Bunların hamısı o qeydlərdə var. Həmin dövrdə baş nazir Ərdoğan və prezident Sezer idi. İmzalardan biri də mənə məxsusdur. Bilirsiniz, mənim Balyoz işinə əlavə edilməyimin yeganə səbəbi də bu idi!

Niyə Türkiyədə bu qədər radikal hərəkatlar çoxlu dəstəkçi tapa bilir? Bunun səbəbi yoxsulluqdur, yoxsa Türkiyə özünü idarə etməkdə acizdir?

Biz o qədər çox şeyi havayı aldığımızı düşündük ki. Elə bildik ki, Cumhuriyyət hər zaman olub, var. Cumhuriyyət, onu qorusan, olacaq. Müasirlik, ona sahib çıxsan, olacaq. Biz dinimizə sahib çıxmadıq. Türkiyədəki müsəlmanlıq dünyada başqa bir bənzəri olmayan müsəlmanlıq idi. Görün, nə hala düşdü?! İnsanlar artıq nə siyasətə, nə məhkəməyə, nə mediaya, nə hökumətə - heç bir şeyə inanmır.

Gələcəyə ümidiniz varmı?

Hər şeyə rəğmən ümidim var. Bunların hamısı keçici şeylərdi, zamanla hər şey düzələcək. Özü də bilirsiniz, biz bizə yetərik. Hüzur içində yaşayan bir Türkiyə hər problemin öhdəsindən gələr. Bu hüzurun ən böyük vasitəçisi də vətənsevər siyasətçilər və gücü bir hökumətdir!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.