Hərbi ekspetdən ittihamlar: “Azərbaycana zərrə qədər faydası olmayan generallar var”

17-09-2016, 00:35           
Hərbi ekspetdən ittihamlar: “Azərbaycana zərrə qədər faydası olmayan generallar var”
Son illər Azərbaycanda aparılan struktur dəyişiklikləri ilə bağlı bir çox xidmət və qurumların ləğvi məsələsi gündəmdədir. Həmin qurumlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb. Məlumata görə, xidmətin Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı artıq danışıqlar başlayıb. Lakin hələ ki heç bir qurum bu məsələyə rəsmi münasibət bildirməyib.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov da Cumhuriyyət.az-a söyləyib ki, adıçəkilən qurumun yaradılmasına heç bir ehtiyac yox idi:”Böyük məbləğdə xərc çəkib bu qurumu yaratmağa nə ehtiyac vardı axı? Onun yaradılması üçün dövlət budcəsindən külli rrmiqdarda vəsait ayrıldı. Əvvəllər hərbi kommissar kimi yalnız bir nəfər general vəzifəsində idi. İndi isə səfərbərlik xidmətində 3 nəfər general- Arzu Rəhimov, Novruzəli Orucov və Zaur Abdullayev var. Anlaya bilmirəm bir xidmətdə 3 nəfər generalın olmasına nə ehtiyac var. Bu xidmət o qədərmi önəmlidir . Olmaz belə. Artıq iqtisadi məsələlərdə çox böyük sıxıntılar yaşayırıq. Həmin sıxıntılar bir gündə yaranmayıb. Aylarla yetişən xəstəlik artıq partlayıb. Ona görə də hesab edirəm ki, güc strukturlarında, məxsusi olaraq səfərbərlik ximdətində çox böyük təmizləmə işləri aparılmalıdır. İşlər mobil və müasir tələblərə cavab verə bilən keyyətlə görülməlidir.”
Ekspertin qənaətincə, səfərbərlik xidməti ilə yanaşı digər qurumların da ştatına yenidən baxılmalıdır: “İndiki çətin vaxtda ixtisarlar ağrılı məsələlərdir. İnsanın iş yerini itirib, müəyyən problemlərlə üz-üzə qalırsa, bu çox xoşagəlməz hadisədir. Amma hər şeyə dövlətçilik nəzərindən baxmaq lazımdır”.
Həmsöhbətimiz qeyd edib ki, Fövqələadə Hallar Nazirliyində (FHN) də xeyli ixtisarlar aparılmalıdır: “Azərbaycan müstəqillik əldə edənə qədər ölkəmizdə fövqəladə hallar üzrə yalnız dövlət kommisyasi vardı. Bu komissiya fövqəladə hallarda müəyyən işləri görürdü. İndi böyük bir nazirlik yaradılıb və büdcənin xeyli hissəsi həmin nazirliyin müvafiq qurumlarına sərf olunur. O cümlədən də səfərlik xidmətinə. Azərbaycanda lazımsız hərbi akademiya və məktəblər fəaliyyət göstərir. Hər qurum özü üçün bir akademiya və ali hərbi məktəb yaradıb. Belə olmaz axı. Azərbaycan kiçik bir ölkədir. Neft pulları vardı. Neftin qiyməti yüksək idi. Kim nə istəyirdi edirdi. Düşünürəm ki, hazırda prezidentin komandası gecə- gündüz bu istiqmaətdə işləməlidir. Dövlət büdcəmizi dağıda bilmərik.”
Ü.Cəfərov qeyd edib ki, hazırda Azərbaycana zərrə qədər faydası olmayan generallarımız var: “Onlar bu gün də xidmətdədirlər və dövlətdən böyük bir kollektivin ala biləcəyi məvacibi alırlar. İşləri isə kabinetlərdə də oturub, böyüməkdir. Səmimi sözümdü ki, Səməd Bəy Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımızın rulharı narahatdır. Çünki bir gün də olsun döyüş üzü görməyənlər general rütbəsi alıblar. Xalqımıza , tarixmimə hörmətlə yanaşmalıyıq.”
Müsahibimizin sözlərinə görə, bəzi qurumlarda müxtəlif ştatlarına ehtiyac yoxdur: “Fikri verin, məlum hadisələrdən sonra MTN də xeyli ixtisarlar getdi. Bu, təhlükəsizliyimizə xələlmi gətirdi? Xeyr. Yegan istədiyimiz odur ki, o qurumda peşəkarlar çalışsınlar. Bu qurmda dövlətinə xalqına sadiq insanlar çalşsın. o cümlədən səfərbərlik xidmətində də dövlətinə, xalqına sadiq adamlar çalışmalıdır.” Mənsur












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.