Məşhur vəkil efirdə ağladı: "Onları görüb dəli oldum" - VİDEO

19-10-2024, 12:44           
Məşhur vəkil efirdə ağladı:
Tanınmış vəkil Şəfiqə Nağıyeva efirdə efirdə kövrələrək göz yaşı axıdıb.

Lalə Azərtaşın təqdimatında efirə gedən "Təsir dairəsi" verilişində iştirak edən Şəfiqə Nağıyeva ağlayaraq xəstə uşaq üçün yardım istəyib. O, xalqa belə müraciət edib:

"Verilişlərin birində bir uşaq ağır, xəstəlikdən əziyyət çəkirdi. Onu Türkiyəyə göndərmək lazım idi. Mən uşağı ora çıxartdım, başından pariki götürüb onu sinəmə sıxdım. Dedim ki, kömək edin. Bir xanım verilişə baxırmış. Ərinə deyib ki, bizim uşağa kömək olmayacaq. O da bu xəstəlikdən əziyyət çəkirmiş. Deyirlər gedəcək. Amma Şəfiqə xanım ağlayır, al bu 60 mini apar uşağa ver. Həmin pulu gətirib verdilər. Mənim xalqım çox xeyirxahdır. Qoy, bu qadına da kömək etsinlər. Mən o uşaqları görüb dəli oldum. Bəlkə mən olmazdım, nəvələrim də elə olardı. Nəvələrim gözümün qabağına gəldi".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru