Filip Makmaster: "Bu gün biz Bakıda olmaqla uşaqların problemlərini həll etmiş sayılırıq"
12-11-2024, 15:24
"Artıq 10 ildir ki, biz uşaqların haqları, onların daha firavan gələcəyi uğrunda mübarizə aparırıq və bu gün biz Bakıda olmaqla problemin bir hissəsini həll etmiş sayılırıq".
Bu fikirləri Baku TV-yə müsahibəsində "Sustaina Claus" kimi tanınan məşhur hüquq müdafiəçisi Filip Makmaster deyib.
"Biz problemimizə diqqət ayıran, uşaqların haqqı uğrunda müdafiəyə hazır olan dövlətin ev sahibliyi etdiyi COP29-dayıq. İllərdir bu qlobal problemə diqqət çəkmək üçün COP-a ev sahibliyi edən respublikaların tədbirlərində iştirak edirəm. Dilindən, dinindən və irqindən asılı olmayaraq, dünyanın bütün uşaqları problemsiz gələcək və azad həyat yaşamalıdırlar", - o deyib.