Qəzaya uğrayan təyyarənin bələdçisi: "Yaralarım göründüyündən daha dərindir"

28-12-2024, 07:34           
Qəzaya uğrayan təyyarənin bələdçisi:
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli sosial şəbəkə istifadəçilərinə müraciət edib.

TNS xəbər verir ki, A.Rəhimli müraciətində deyib:

"Xahiş edirəm, deyin, mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir".

Qeyd edək ki, Aydan Rəhimli hazırda Yeni Klinikada müalicə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru