"Onlara qadağa qoymaq lazım deyil" - REAKSİYA

Bu gün, 10:56           
"Onlara qadağa qoymaq lazım deyil" - REAKSİYA
Bəzi telekanal aparıcıları efir mədəniyyəti olmayan müğənniləri artıq verilişlərinə dəvət etməyəcəklərini bildiriblər. Bu məsələ ciddi müzakirə mövzusuna çevrilib.

Bəs bu qadağalar hansı səbəbdəndir? Aparıcılar hansı müğənniləri nəzərdə tutur? Onların bu addımı doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış aparıcı Ceyran Rəhimova qeyd edir ki, əgər indiki verilişlərdə efir mədəniyyəti qorunsa, professionallıq, əsl sənət tələb edilsə, o qadağalara ehtiyac qalmaz:

“Mənim də veriliş hazırladığım dövrdə sizin nəzərdə tutduğunuz müğənnilər var idi. Amma, onların heç biri o verilişdə iştirak etməyə can atmırdı. Çünki böyük bir məsuliyyət daşımalı idi.

Orada canlı ifa, retro mahnılar var idi, muğamlarımızı mükəmməl bilmək vacib idi, bir sözlə professionallıq tələbi var idi. Yəni verilişə gələn müğənni məsuliyyətini dərk edirdi ki, bu yükün altına girib, rəqibləri ilə üz-üzə gəlib, öhtəsindən gələcək”.

Aparıcının sözlərinə görə indiki verilişlərdə də bütün bunlar nəzərə alınsa, hazırlanan verilişlər qalmaqal səpkisindən uzaq olsa, sözügedən müğənnilərin heç biri efirə gəlməyə can atmayacaq:

“Çünki onlar çox yaxşı bilirlər ki, özlərinin potensialı nə qədərdir. Düşünürəm ki, günah o müğənnilərdə deyil, efirlərdə, aparıcılarda, hazırlanan verilişlərdədir. Hazırladığım verilişlərdə müğənnilər iki - üç ay qabaq iştirak etmək üçün can atırdılar. Verilişi elə hazırlamaq lazımdır ki, efir mədəniyyəti olmayan müğənnilər o verilişlərə gəlməyə can atmasınlar. Onlara qadağa qoymaq lazım deyil. Qadağa qoysalar belə mütləq ki, onlar sosial şəbəkələrdə özlərini reklam edəcəklər. Əsas efir mədəniyyətini qorumaq üçün can atmalarını tövsiyə edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.