“Tələb olunan müayinələrdən keçməliyəm” - Həbsdən azad edilən Əvəz Zeynallı

27-04-2025, 00:03           
 “Tələb olunan müayinələrdən keçməliyəm” - Həbsdən azad edilən Əvəz Zeynallı
"İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm".

Bunu Qaynarinfo-ya açıqlamasında "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.

O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:

"Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram".

Xatırladaq ki, aprelin 25-də "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.

O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürov isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru