Yaqub Məmmədovun 1992-ci ildə Qarabağla bağlı dediyi məşhur ifadəsi:“Biz böyük oyunun "peşka"larıyıq”- VİDEO

2-12-2016, 00:58           
Yaqub Məmmədovun 1992-ci ildə Qarabağla bağlı dediyi məşhur ifadəsi:“Biz böyük oyunun "peşka"larıyıq”- VİDEO
İnternetdə Azərbaycanın siyasi həyatının 90-cı illərin əvvələrinə aid video xronikası yayımlanıb.

Strateq.az bildirir ki, videoçəkiliş 1992-ci ilin may ayının əvvələrinə aiddir. Kadrlarda Yaqub Məmmədovun sədri olduğu dövrdə Milli Məclisin iclası əks olunub. Gərgin əhval ruhiyyə müşahidə edilən zalda deputatlarla yanaşı digər şəxslər də nəzərə çarpır.

Mikrofonla çıxış edən Bərdənin “Azadlıq” könüllülər batalyonun komandiri Ələmşah Məmmədov əsəbi şəkildə prosesləri şərh edir və təkliflərini verir. Onun parlamentə hansı statusda gəlməsi, hərbiçiyə nəyə görə çıxış verilməsi aydın olmur. Ələmşah Məmmədov Qarabağda gedən müharibədən danışır, orduda təchizat baxımından ciddi problemlərin olmasını vurğulayır. Daha sonra o, Şuşanın suqutunun səbəblərini izah etməyə çalışır və hakimiyyəti şəhərin müdafiəsi üçün iş görməməkdə ittiham edir.

İclasda Ali Sovetin sədri Yaqub Məmmədov ona müraciət edərək çıxışı ilə həmrəy olduğunu vurğulayır və siyasi tarixə düşmüş məşhur ifadəsini işlədir: “Biz hamımız böyük oyununun "peşka"larıyıq”.

Mərhum Elmira Qafarovanın istefasından sonra Ali Sovetin sədri seçilən Yaqub Məmmədov 1992-cilin mart – may aylarında Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. Onun dövründə Qarabağ probleminin həlli üçün İranın vasitəçilyi aparılan sülh danışıqları iflasa uğrayıb. Mayın 8-də Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Yaqub Məmmədovun bu ifadəsi bu günə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrdə geopolitik proseslərin şərhi üçün istifadə edilir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.