“Öz canımın hayındayam…” – Sabiq icra başçısı Ziya Məmmədovdan danışdı
13-02-2017, 20:53
Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Naziliyi ləğv edildi. teref.az xəbər veri ki, unikal.org Ziya Məmmədovun kadrı kimi tanınmış, bir neçə ay bundan əvvəl vəzifədən azad olunaraq Kənd Təsərrüfatı Nazirliyinə şöbə müdirinin müavini təyin edilən Mübariz Ağayevdən qısa müsahibə alıb. Onunla qısa müsahibəni təqdim edirik: -Mübariz müəllim salam, necəsiniz? -Salam. Heç yaxşı deyiləm. Pensiyada olan adam necə olmalıdı? -Normal pensiya alırsınız? -Hələ ki bilmirəm nə qədər pensiya alacağam. Biri deyir 700, başqası deyir 500 manat alacam. – Kənd Təsərrüfatı Nazirliyinə gedib gəlisiniz? – Həftədə bir-iki dəfə gedirəm işə. -Prezidentin Ziya Məmmədovla bağlı imzaladığı sərəncama münasibətinizi bilmək istərdik… -Sərəncamdan xəbərsizəm, öz canımın hayındayam. -Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv olundu. Sizcə, Ziya müəllimə vəzifə veriləcək? -Niyə də verilməsin. Ziya müəllim kimə nə pislik edib? Yəqin ki, iş verərlər. Ziya müəllim həmişə hər şeyi hamıdan yaxşı edib.